Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetində 2024-2025-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramına qeydiyyat elan olunur.
Proqram tədris üçün 01.04.2025-30.05.2025-ci il tarixlərində, təlim üçün isə 01.04.2025-18.07.2025-ci il tarixlərində həyata keçiriləcəkdir.
Namizədlərə qoyulan tələblər:
• ATU-nun kafedra və qurumlarından birinin əməkdaşı olmalıdır.
• İngilis dilindən B2 sertifikatı.
• Kafedra müdiri tərəfindən əməkdaşın mübadilə proqramında iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır).
• CV (mütləq Europass formada olmalıdır).
• Aristotel Universitetinin müvafiq kafedrasından və ya qurumundan dəstək məktubu (Letter of Support):
- Namizəd özü getmək istədiyi Fakültəyə / Bölməyə email yazaraq. Dəstək məktubunu almalıdır.
- Dəstək məktubunu almaq üçün Aristotel Universitetinin müvafiq fakültələrinin koordinatorları ilə aşağədakı linkdən istifadə etməklə əlaqə yarada bilərsiniz:
https://eurep.auth.gr/en/coordinators/international
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədlərini 03.02.2025-ci il tarixinədək mövzu yerində müvafiq olaraq "Aristotel University - Teaching mobility" və ya "Aristotel University - Training mobility" yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected] elektron ünvanına göndərməklə, qeydiyyatdan keçə bilərlər.
Bütün sənədlərin yalnız bir pdf faylında göndərilməsi xahiş olunur.
Qeyd: 03.02.2025-ci il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi