Yekun attestasiya imtahanından kəsilən, imtahana gələ bilməyən və analıq məzuniyyətindən qayıdan rezidentlər üçün Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində təkrar Yekun attestasiya imtahanı 2025-ci ilin mart ayında nəzərdə tutulur.
Təhsil müddəti başa çatdıqda, fərdi iş planının tam həcimdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 (üç) saat ərzində 50 test sualına cavab verir. Test suallarına hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
İkinçi mərhələdə rezident tərəfindən 5 (beş) müxtəlif klinik hall araşdırılır. Klinik halların hər biri mieyarları ali tibb təhsili müəsslərində təyin edilən 10 (on) bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 (otuz) və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezident həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidir.
Qeyd: Bütün rezidentlərin İmtahan mərkəzindən şifrələri götürmələri tələb olunur. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.
Rezidentura və magistratura şöbəsi