Diqqət!
EBSCO resursları haqqında vebinar keçiriləcək
14 fevral saat 10:00-da ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin təşəbbüsü ilə “Azərbaycan Tibb Universitetinin elmi-tədqiqat, praktiki və tədris fəaliyyətində tam mətnli elektron tibbi elmi resurslara çıxış və istifadə” mövzusunda vebinar keçiriləcək.
Vebinar sayəsində sizlər, EBSCO resursları ilə işləmə qaydalarını daha yaxından yiyələnmək imkanı əldə edəcəksiniz. Burada tibbi jurnalların toplusu MEDLINE Ultimate, tibbi şəkillərin toplus, SMART və DynaMed tibbi məlumat bazası haqqında məlumat veriləcək. Vebinarda iştirak edən hər bir iştirakçı sertifikatla təltif olunacaq.
Onlayn tədbirdə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir:
https://ebsco-russian.zoom.us/
Qeyd edək ki, vebinarın müddəti 1 saat nəzərdə tutulub.