Sağlamlıq vəziyyəti və sosial məzuniyyətlə əlaqədar 2023-cü ilin noyabr ayında yekun attestasiyada iştirak edə bilməyən rezidentlər üçün Azərbaycan Tibb Universitetinin müvafiq kafedralarında yekun attestasiyanın II-ci mərhələsi (praktiki komponent üzrə) 19 mart 2025-ci il tarixində saat 10 00-da Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
Apellyasiyaya müraciət: İmtahan günü Apellyasiya şöbəsinə ərizə ilə müraciət olunmalıdır. Müraciət 3 iş günü ərzində cavabladırılır.
İxtisaslar |
Imtahanın keçiriləcəyi yer |
Rezidentin sayı |
Daxili xəstəliklər
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 8-ci mərtəbə
|
1 |
Epidemiologiya |
Azərbaycan Tibb Universitetinin 5-ci korpusu(əsas bina) , Epidemiologiya kafedrası
|
1 |
Kardiologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 8-ci mərtəbə
|
3 |
Mamalıq-ginekologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 13-cü mərtəbə
|
11 |
Oftalmologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 4-cü mərtəbə
|
1 |
Pediatriya,
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 5-ci mərtəbə
|
4 |
Psixiatriya |
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası
|
3 |
Şüa diaqnostikası
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 12-ci mərtəbə.
|
1 |
Tibbi mikrobiologiya
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, 3-cü mərtəbə
|
4 |
Travmatologiya-ortopediya |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 9-cu mərtəbə
|
1 |
Uşaq cərrahiyyəsi |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 4-cü mərtəbə
|
2 |
Ümumi cərrahiyyə |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, 13-cü mərtəbə
|
3 |
Yoluxucu xəstəliklər, Uşaq yoluxucu xəstəliklər |
Azərbaycan Tibb Universitetinin 1№-li tədris korpusu (Latın korpusu), 2-ci mərtəbə
|
2 |
Neonatologiya |
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İnzibati bina 1-ci mərtəbə
|
2 |
Nevrologiya Uşaq nevrologiyası |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 7-ci mərtəbə
|
4 |
Endokrinologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 9-cu mərtəbə |
1 |
Laboratoriya işi |
Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrası, 4 nömrəli tədris binası, 4-cü mərtəbə |
1 |
Endodontiya və uşaq stomatologiyası |
Azərbaycan Tibb Universitetinin Tədris Stomatologiya Klinikası |
4 |
Yekun attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Rezidentura və magistratura şöbəsi.