ATU tələbələrinin nəzərinə!
Təqaüd proqramı
ELANI
İstanbul-Cerrahpaşa Universiteti 2025-2026-cı tədris ilinin bir və ya iki semestri üçün Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramını (TIES) elan edir.
Kimlər müraciət edə bilər?
- - Bakalavriat, magistr və ya doktorantura proqramlarında təhsil alan tələbələr (magistr və doktorantura tələbələri hazırlıq və ya dissertasiya mərhələlərində olmamalıdırlar).
- - Türk vətəndaşlığı və ya ikili vətəndaşlığı olmayan tələbələr.
- - Daha əvvəl Türkiyə təqaüdü və ya digər dövlət tərəfindən maliyyələşdirilən təqaüdlərdən faydalanmayan tələbələr.
Qoyulan tələblər:
- - Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə - prorektoruna ünvanlanmalıdır)
- - Transkript
- - Pasportun surəti
- - Türk dili bölmələrində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1 sertifikatı
- - İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikatı
- - Sağlamlıq haqqında arayış (yeni olmalıdır)
- - Təqaüd öhdəlik forması (Taahhütname)
Təqaüd nələri ödəyir?
- - Aylıq təqaüd.
- - Gediş-dönüş bileti.
- - Yaşayış dəstəyi (əsasən dövlət yataqxanalarında (KYK) və ya YTB tərəfindən təsdiq edilmiş yerlərdə).
Təqaüdə müraciət etmək istəyən tələbələr tələb olunan sənədləri 28.05.2025-ci il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international@amu.edu.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Xahiş olunur, bütün sənədlər yalnız bir pdf faylında göndərilsin.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi