Mübadilə proqramına ELAN

ATU tələbələrinin nəzərinə!

Türkiyənin Ankara Universiteti Mübadilə proqramı çərçivəsində 2025-2026-cı tədris ilinin payız və yaz semestrləri üçün qəbul elan edir.

Mübadilə proqramı üçün namizədlərə qoyulan tələblər:

•  Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyə edən məktub

 (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)

•  Türk və ya ingilis dili biliyi sertifikatı (minimum B2 səviyyəsi – TOEFL iBT və ya PTE Academic)

•  Transkript (notarial qaydada təsdiq olunmuş İngilis dilinə tərcüməsi ilə birlikdə)

•  Pasportun rəngli surəti

•  Biometrik rəqəmsal fotoşəkil

•  Forma A (Word formatında, yazılı şəkildə) - qoşmada əlavə olunur.

Kurs kataloqu:

Proqram və kursların detalları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 https://bbs.ankara.edu.tr/default.aspx

Yerləşmə və yaşayış:

Ankara Universitetində tələbə yataqxanaları mövcuddur. Mübadilə tələbələri yataqxanalarda ödənişsiz və ya qarşılıqlı razılaşmaya əsasən ödənişli qalmaq imkanı əldə edə bilərlər.

Ankara Universiteti  2025-2026-cı tədris ilinin payız və yaz semestrləri  üçün Mübadilə proqramı çərçivəsində beynəlxalq tərəfdaşları ilə bağlanmış Əməkdaşlıq Memorandumu (MoU) çərçivəsində mübadilə tələbələrindən təhsil haqqı tələb etmir. Bununla belə, tələbələr özlərinin səyahət, yaşayış və gündəlik xərclərini qarşılamalıdırlar.

Mübadilə proqramına müraciət etmək istəyən tələbələr payız semestri üçün tələb olunan sənədləri 04 İyun 2025-ci il tarixinədək, yaz semestri üçün isə 10 oktyabr 2025-ci il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international@amu.edu.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd: Xahiş olunur, bütün sənədlər yalnız bir e-mail ilə göndərilsin.

 

Qeydiyyat üçün yüklə 

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi