1. Ümumi məlumat
Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsili müasir tibb elminin tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edir. Tədris Boloniya prinsipləri və Avropa Kredit Transfer Sisteminə (AKTS) uyğun təşkil olunur. Təhsil forması – əyani; təhsil müddəti adətən 2 il, bəzi ixtisaslar üzrə 1,5 ildir.
2. Qəbul qaydaları və ixtisaslaşmalar
Qəbul Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlar əsasında aparılır. Qəbul üçün uyğun bakalavriat ixtisaslarına dair siyahılar, minimal keçid balları və ixtisas uyğunluğu ATU-nun və DİM-in rəsmi saytlarında yerləşdirilir.
Tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə təşkil oluna bilər.
3. Tədris olunan magistr ixtisasları və ixtisaslaşmalar
İxtisas və ixtisaslaşmalar aşağıdakı kimi təsnif olunur:
• 7002013 – Psixologiya: Klinik (tibbi) psixologiya
• 7004008 – Menecment: Səhiyyə menecmenti*, Əczaçılıq menecmenti*
• 7005001 – Biologiya: Biokimya, Mikrobiologiya
• 7009001 – Əczaçılıq:
- Əczaçılıq kimyası
- Farmakoqnoziya
- Əczaçılıq texnologiyası
- Toksikoloji kimya
- Əczaçılıq kosmetologiyası
- Ədliyyə toksikologiyası
- Farmakologiya
- Əczaçılıq fitoterapiyası
- Klinik əczaçılıq
- Sənayedə əczaçılıq analizi
• 7009002 – Fizioterapiya: - Nevrologiyada fizioterapiya, - Kardiopulmonar fizioterapiya,
- Protez-ortez və biomexanika, - İdmanda fizioterapiya
• 7009003 – İctimai səhiyyə: - Tətbiqi ictimai səhiyyə, - Ətraf mühit və sağlamlıq, - Əmək sağlamlığı, - Epidemiologiya, - İnfeksiyaların profilaktikası və nəzarət
• 7009005 – Qidalanma və dietologiya:
- Qida keyfiyyəti və təhlükəsizliyi, - Nutrisiologiya
• 7009006 – Tibb bacısı (qardaşı) işi:
- Cərrahiyyədə tibb bacısı (qardaşı) işi
- Mama-ginekologiyada tibb bacısı (qardaşı) işi
- Təcili tibdə tibb bacısı (qardaşı) işi
- Pediatriyada tibb bacısı (qardaşı) işi
- Stomatologiyada tibb bacısı (qardaşı) işi
- Anesteziologiya və reanimatologiyada tibb bacısı (qardaşı) işi
Qeyd: "Səhiyyə menecmenti" və "Əczaçılıq menecmenti" ixtisaslaşmaları üzrə:
Təhsil müddəti: 1,5 il
Kredit yükü: 90 kredit
Tədris həm səhər, həm də axşam növbələrində təşkil olunur
Bu proqramlarda magistrlik dissertasiyası təqdim olunmur
🔵 Digər bütün ixtisaslaşmalar üzrə:
Təhsil müddəti: 2 il
Kredit yükü: 120 kredit
Tədris yalnız səhər növbəsində aparılır
Dissertasiya işi məcburidir
4. Tədris prosesi və qiymətləndirmə
Magistrantlar fərdi tədris planı (FTP) üzrə təhsil alır. Qiymətləndirmə 100 ballıq sistem üzrə aparılır və aşağıdakı şəkildə bölünür:
• Cari fəaliyyət – 50 bal
• İmtahan – 50 bal
Qiymətlər: A (91–100), B (81–90), C (71–80), D (61–70), E (51–60), F (0–50)
5. Elmi-tədqiqat və pedaqoji fəaliyyət
Magistrantlar tədris müddətində elmi-tədqiqat və elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə 180 saatdan az olmamaqla həyata keçirilir və gündəlik, hesabat, təqdimat ilə müşayiət olunur.
6. Magistrlik dissertasiyası
Dissertasiya ixtisas üzrə aparılan müstəqil elmi tədqiqat işidir. Mövzu ilk semestrdə seçilir və müdafiə üçün təqdim olunmazdan öncə elmi rəhbər və kafedra tərəfindən təsdiq edilir. Müdafiə açıq şəkildə keçirilir.
7. Təqaüdlər və sosial dəstək
• Akademik təqaüdlər – ÜOMG ≥ 71 olan tələbələrə
• Prezident təqaüdü – xüsusi fərqlənmə halında
• Sosial təqaüdlər – ehtiyacı olan və ya sosial həssas qruplara aid tələbələrə
8. Beynəlxalq mübadilə proqramları
ATU magistrantları Erasmus+ və Orhun proqramları çərçivəsində tərəfdaş universitetlərdə müəyyən edilmiş müddətdə təhsil ala bilərlər.
Tələbələrə aylıq təqaüd, yol və yaşayış xərcləri üçün dəstək göstərilir.
10. 2025-2026 – cı tədris ilində Azərbaycan Tibb Universitetinin magistratura səviyyəsində ixtisaslaşmalar üzrə qəbul planı və baza kafedralar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Azərbaycan Tibb Universiteti
Magistratura İxtisasları , Təhsil Haqqı və baza kafedralar (2025–2026)
№
İxtisasın şifri
İxtisasın adı
Cəmi yer
Azərbaycan bölməsi
Rus bölməsi
İngilis bölməsi
İllik təhsil haqqı (AZN)
Baza kafedralar
1
7002013
Psixologiya – Klinik (tibbi) psixologiya
15
10
5
-
4000
Psixiatriya
2
7004008
Menecment
40
30
10
-
-
-
Səhiyyə menecmenti*
20
15
5
-
4000
İctimai sağlamlıq və səhiyyənin təşkili
Əczaçılıq menecmenti*
20
15
5
-
4000
Əczaçılıq texnologiyası və idarəçiliyi
3
7005001
Biologiya
16
11
5
-
-
-
Biokimya
10
5
5
-
4000
Bioloji kimya
Mikrobiologiya
6
6
0
-
4000
Tibbi mikrobiologiya və immunologiya
4
7009001
Əczaçılıq
32
32
0
-
-
-
Əczaçılıq kimyası
8
8
0
-
4000
Əczaçılıq kimyası
Farmakoqnoziya
8
8
0
-
4000
Farmakoqnoziya
Əczaçılıq texnologiyası
8
8
0
-
4000
Əczaçılıq texnologiyası və idarəçiliyi
Toksikoloji kimya
8
8
0
-
4000
Əczaşılıq toksikologiyası və kimya
5
7009002
Fizioterapiya
18
18
0
-
-
-
Nevrologiyada fizioterapiya
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
Ortopediyada fizioterapiya
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
Pediatriyada fizioterapiya
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
Kardiopulmonar fizioterapiya
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
Protez-ortez və biomexanika
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
İdmanda fizioterapiya
3
3
0
-
4000
Fizioterapiya və tibbi reabilitasiya
6
7009003
İctimai səhiyyə
15
15
0
-
-
-
Tətbiqi ictimai səhiyyə
3
3
0
-
4000
İctimai sağlamlıq və səhiyyənin təşkili
Əmək sağlamlığı
3
3
0
-
4000
Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı
Epidemiologiya
3
3
0
-
4000
Epidemiologiya və biostatistika
Ətraf mühit və sağlamlıq
3
3
0
-
4000
Qidalanma və tibbi ekologiya
İnfeksiyaların profilaktikası və nəzarət
3
3
0
-
4000
Epidemiologiya və biostatistika
7
7009004
İdman tibbi və reabilitasiyası
3
3
0
-
4000
-
8
7009006
Tibb bacısı (qardaşı) işi
18
18
0
-
-
-
Cərrahiyyədə tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
III Cərrahi xəstəliklər
Mama-ginekologiyada tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
I mamalıq ginekologiya
Təcili tibdə tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
Təcili tibb kafedrası
Pediatriyada tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
II Uşaq xəstəlikləri
Stomatologiyada tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
Terapevtik stomatologiya
Anesteziologiya-reanimatologiya və intensiv terapiyada tibb bacısı (qardaşı) işi
3
3
0
-
4000
Anesteziologiya və reanimatologiya kafedrası
Qeyd:
Təhsil müddəti Səhiyyə menecmenti və Əczaçılıq menecmenti ixtisaslaşmaları üçün 1,5 ildir.
Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmur, ona görə də məzunlar doktoranturada təhsilini davam etdirə bilməz.
Bütün digər ixtisaslar üzrə təhsil müddəti 2 ildir, yekunda dissertasiya işinin müdafiəsi tələb olunur.
9. Əlaqə
📍 Ünvan: Bakı şəhəri, Azərbaycan Tibb Universiteti
📞 Tel: (+994 12) 597 44 83
📩 E-mail: pgme@amu.edu.az ; ememmedova1@amu.edu.az
🌐 www.amu.edu.az
📘 Facebook: facebook.com/groups/251637263665825
📸 Instagram: instagram.com/atumagistratura