Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Tibb Universitetinin magistraturasına qəbul qaydaları haqqında təlimat

Qaydalar      

  1. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər əvvəlcə portal.edu.az vasitəsi ilə  müvafiq ixtisas və ixtisaslaşma üzrə Azərbaycan Tibb Universitetinə, portal.edu.az-da sənədləri təsdiq edildikdən sonra isə yazılı ərizə ilə universitetin rektoruna müraciət edir.
  2. Müraciət edən şəxslərin ixtisaslarına və müraciət sayına əsasən Azərbaycan dili imtahanı və müsahibə vaxtları təyin edilir.
  3. Azərbaycan Tibb Universitetində magistratura təhsili üç dil üzrə aparıldığı üçün (Azərbaycan dili, İngilis dili və Rus dili) Azərbacan dili tələb olunmur. Müraciət edən şəxs magistratura təhsilini Azərbaycan dilində keçmək istədiyi halda   Azərbaycan dili imtahanı təşkil olunur.Rus və ya İngilis dilində keçmək istədiyi halda isə Qəbul komissiyası tərəfindən aparılan müsahibənin nəticəsinə əsasən dil biliyi yoxlanılır. 
  4. Azərbaycan dili imtahanı keçid balı 11+ (qəbul komissiyasının qərarına əsasən) olmaqla, əsasən qrammatika tərkibli 25 sualdan ibarətdir.
  5. Azərbaycan dili imtahanından müvəffəqiyyətlə keçən şəxslər müvafiq ixtisaslaşma  üzrə müsahibəyə buraxılırlar.
  6. Müsahibə zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin baza ali (tibbi) və ya baza bilikləri ilə yanaşı sənədləri də müvafiq qaydada yoxlanılır.
  7. Müsahibədən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqını ödədikdən sonra onlarla təhsil müqaviləsi bağlanılır və Azərbaycan Tibb Universitetinin magistraturasına qəbul edilirlər. 
  8. Magistranta Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsini Azərbaycan Tibb Universitetinə təqdim etməsi üçün qəbul olunduğu tarixdən 90 gün müddətində vaxt verilir. Bu müddət ərzində sənəd təqdim olunmasa magistratura təhsili dayandırılır.
     Tələb olunan sənədlər!
  • Baza ali (tibb)  və ya baza təhsili haqqında diplomun əsli 
  • Xarici ölkə universitetlərinin məzunu olduğu halda baza ali (tibb) və ya baza  təhsili haqqında diplomun nostrifikasiyası (2023-cü ilə qədər məzun olduğu halda)
  • Akademik tanınma haqqında şəhadətnamə  ( 2023-cü ildən sonrakı illərin məzunu olduğu halda)
  • Ümumvətəndaş pasportunun əsli
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin əsli (olduğu halda)
  • Sağlamlıq haqqında arayış (Hepatit B, Hepatit C, QİÇS)

Təhsil haqqqı

  • 2025/2026-cı tədris ilində bir tədris ili üçün 7000 dollar

 Ümumi məlumat

Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsili müasir tibb elminin tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edir. Tədris Boloniya prinsipləri və Avropa Kredit Transfer Sisteminə (AKTS) uyğun təşkil olunur. Təhsil forması – əyani; təhsil müddəti adətən 2 il, bəzi ixtisaslar üzrə 1,5 ildir.

Tədris olunan magistr ixtisasları və ixtisaslaşmalar

İxtisas və ixtisaslaşmalar aşağıdakı kimi təsnif olunur:

• 7002013 – Psixologiya:                                                                                                                                                           

 - Klinik (tibbi) psixologiya

 • 7004008 – Menecment:                                                                                                                                                          

 - Səhiyyə menecmenti*,                                                                                                                                                                

 - Əczaçılıq menecmenti*

 • 7005001 – Biologiya:                                                                                                                                                                 

 - Biokimya,                                                                                                                                                                                         

- Mikrobiologiya

 • 7009001 – Əczaçılıq:
  - Əczaçılıq kimyası
  - Farmakoqnoziya
  - Əczaçılıq texnologiyası
  - Toksikoloji kimya
  - Əczaçılıq kosmetologiyası
  - Ədliyyə toksikologiyası
  - Farmakologiya
  - Əczaçılıq fitoterapiyası
  - Klinik əczaçılıq
  - Sənayedə əczaçılıq analizi

• 7009002 – Fizioterapiya:                                                                                                                                                                    

 - Nevrologiyada fizioterapiya,                                                                                                                                                            

 - Kardiopulmonar fizioterapiya,

 - Protez-ortez və biomexanika,                                                                                                                                   

 -  İdmanda fizioterapiya 

• 7009003 – İctimai səhiyyə:                                                                                                                                   

  - Tətbiqi ictimai səhiyyə,                                                                                                                                                

   - Ətraf mühit və sağlamlıq,                                                                                                                                                               

    - Əmək sağlamlığı,                                                                                                                                                              

   - Epidemiologiya,                                                                                                                                                                

  - İnfeksiyaların profilaktikası və nəzarət 

• 7009005 – Qidalanma və dietologiya:

-  Qida keyfiyyəti və təhlükəsizliyi,                                                                                                                                             

  -  Nutrisiologiya 


• 7009006 – Tibb bacısı (qardaşı) işi:
  - Cərrahiyyədə tibb bacısı (qardaşı) işi
  - Mama-ginekologiyada tibb bacısı (qardaşı) işi
  - Təcili tibdə tibb bacısı (qardaşı) işi
  - Pediatriyada tibb bacısı (qardaşı) işi
  - Stomatologiyada tibb bacısı (qardaşı) işi
  - Anesteziologiya və reanimatologiyada tibb bacısı (qardaşı) işi

Qeyd: "Səhiyyə menecmenti" və "Əczaçılıq menecmenti" ixtisaslaşmaları üzrə:

  • Təhsil müddəti: 1,5 il
  • Kredit yükü: 90 kredit
  • Tədris həm səhər, həm də axşam növbələrində təşkil olunur
  • Bu proqramlarda magistrlik dissertasiyası təqdim olunmur

🔵 Digər bütün ixtisaslaşmalar üzrə:

  • Təhsil müddəti: 2 il
  • Kredit yükü: 120 kredit
  • Tədris yalnız səhər növbəsində aparılır
  • Dissertasiya işi məcburidir

Tədris prosesi və qiymətləndirmə

Magistrantlar fərdi tədris planı (FTP) üzrə təhsil alır. Qiymətləndirmə 100 ballıq sistem üzrə aparılır və aşağıdakı şəkildə bölünür:

• Cari fəaliyyət – 50 bal 
• İmtahan – 50 bal

Qiymətlər: A (91–100), B (81–90), C (71–80), D (61–70), E (51–60), F (0–50)

 Elmi-tədqiqat və pedaqoji fəaliyyət

Magistrantlar tədris müddətində elmi-tədqiqat və elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə 180 saatdan az olmamaqla həyata keçirilir və gündəlik, hesabat, təqdimat ilə müşayiət olunur.

 Magistrlik dissertasiyası

Dissertasiya ixtisas üzrə aparılan müstəqil elmi tədqiqat işidir. Mövzu ilk semestrdə seçilir və müdafiə üçün təqdim olunmazdan öncə elmi rəhbər və kafedra tərəfindən təsdiq edilir. Müdafiə açıq şəkildə keçirilir.

Qeyd:

  • Təhsil müddəti Səhiyyə menecmenti və Əczaçılıq menecmenti ixtisaslaşmaları üçün 1,5 ildir.
  • Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmur, ona görə də məzunlar doktoranturada təhsilini davam etdirə bilməz.
  • Bütün digər ixtisaslar üzrə təhsil müddəti 2 ildir, dissertasiya işinin müdafiəsi tələb olunur.