Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul qaydaları haqqında təlimat!

 I. Qaydalar  

  1. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər əvvəlcə portal.edu.az vasitəsi ilə  müvafiq ixtisas üzrə Azərbaycan Tibb Universitetinə, portal.edu.az-da sənədləri təsdiq edildikdən sonra isə yazılı ərizə ilə universitetin rektoruna müraciət edir.
  2. Müraciət edən şəxslərin ixtisaslarına və müraciət sayına uyğun olaraq Azərbaycan dili imtahanı və müsahibə vaxtları təyin edilir.
  3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxs xarici ölkə universitetlərinin məzunu olduğu və ya  Azərbaycan Tibb Universitetində baza ali tibb təhsilini xarici dildə keçdiyi  halda   ilk olaraq Azərbaycan dili imtahanına buraxılır.
  4. Azərbaycan dili imtahanı keçid balı 11+ (qəbul komissiyasının qərarına əsasən) olmaqla, əsasən qrammatika tərkibli 25 sualdan ibarətdir.
  5. Azərbaycan dili imtahanından müvəffəqiyyətlə keçən şəxs müvafiq ixtisaslar üzrə müsahibəyə buraxılır.
  6. Müsahibə zamanı Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin baza ali tibbi bilikləri ilə yanaşı Azərbaycan dili səviyyələri və sənədləri də müvafiq qaydada yoxlanılır.
  7. Müsahibədən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqını ödədikdən sonra onlarla təhsil müqaviləsi bağlanılır və Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul edilirlər. 
  8. Rezidentə Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsini Azərbaycan Tibb Universitetinə təqdim etməs üçün qəbul olunduğu tarixdən 90 gün müddətində vaxt verilir. Bu müddət ərzində sənəd təqdim olunmasa rezidentura təhsili dayandırılır.
  9. Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsi verildikdən sonra Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən rezident ilə universitet arasında əmək müqaviləsi bağlanılır.   

     II. Tələb olunan sənədlər!

  • Ali tibb təhsili haqqında diplomun əsli 
  • Xarici ölkə universitetlərinin məzunu olduğu halda ali tibb təhsili haqqında diplomun nostrifikasiyası və Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səhadətnamə (2023-cü ilə qədər məzun olduğu halda)
  • Akademik və peşə tanınması haqqında şəhadətnamə  ( 2023-cü ildən sonrakı illərin məzunu olduğu halda)
  • Ümumvətəndaş pasportunun əsli
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin əsli (olduğu halda)
  • Sağlamlıq haqqında arayış (Hepatit B, Hepatit C, QİÇS)

    III. Təhsil haqqqı

  • 2025/2026-cı tədris ilində bir tədris ili üçün təhsil haqqı 9000 dollar

   IV.  Əmək haqqı

  • Həkim-rezidentə bir ay üçün Vahid Tarif Cədvəlinin 9-cu dərəcəsi ilə 550 manat   əmək haqqı ödənilir.

   V. Rezidentura üzrə ixtisaslar və təhsil müddətləri

 

2025/2026-cı tədris ilində rezidentura səviyyəsi üzrə  Azərbaycan Tibb Universitetininə qəbul aparılan

 ixtisaslar, kodları və təhsil müddətləri

 

Sıra №si

İxtisasın kodu

İxtisasın adı

Təhsil müddəti

  1.  

7100001

Ağız, üz və çənə cərrahiyyəsi

5

  1.  

7100002

Ailə təbabəti

2

  1.  

7100003

Anesteziologiya-reanimatologiya

3

  1.  

7100005

Daxili xəstəliklər

4

  1.  

7100006

Dermatovenerologiya

4

  1.  

7100007

Endodontiya

3

  1.  

7100008

Fizioterapiya və tibbi reabilitasiya

3

  1.  

7100009

İdman təbabəti

3?

  1.  

7100010

Kardiologiya

4

  1.  

7100011

Mamalıq-ginekologiya

5

  1.  

7100013

Nevrologiya

4

  1.  

7100014

Neyrocərrahiyyə

5

  1.  

7100016

Oftalmologiya

3

  1.  

7100017

Oral patologiya

3?

  1.  

7100018

Oral radiologiya

3 və ya 4

  1.  

7100019

Ortodontiya

3

  1.  

7100020

Ortopedik stomatologiya

3

  1.  

7100021

Ortopediya və travmatologiya

5

  1.  

7100022

Otorinolarinqologiya

4

  1.  

7100023

Parodontologiya

3

  1.  

7100024

Pediatriya

4

  1.  

7100025

Plastik, rekonstruktiv və estetik cərrahiyyə

5

  1.  

7100026

Psixiatriya

3

  1.  

7100027

Pulmonologiya

4?

  1.  

7100028

Radiologiya

4

  1.  

7100029

Restorativ stomatologiya

3

  1.  

7100033

Tibbi biokimya

2

  1.  

7100034

Tibbi genetika

2

  1.  

7100035

Tibbi mikrobiologiya

2

  1.  

7100037

Torakal cərrahiyyə

5

  1.  

7100038

Urologiya

5

  1.  

7100039

Uşaq cərrahiyyəsi

5

  1.  

7100040

Uşaq stomatologiyası

3

  1.  

7100041

Uşaq və yeniyetmə psixiatriyası

3

  1.  

7100042

Ümumi cərrahiyyə

5

  1.  

7100043

Ürək-damar cərrahiyyəsi

5

  1.  

7100044

Yoluxucu xəstəliklər və klinik mikrobiologiya

4