“Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalında məqalə qəbulu elan olunub

“Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalının növbəti buraxılışı üçün məqalə qəbulu başlanıb

Qeyd edək ki, jurnal EBSCO platformasında indeksləşdirilib və dərc olunan bütün məqalələrə DOİ nömrəsi verilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarına əsasən, jurnal elmi-praktik nəşrlərin siyahısına daxildir.

Məqalə qəbulu şərtləri aşağıdakılardır:
* Məqalələr azərbaycan, rus, ingilis və türk dillərində qəbul olunur;
* Bütün məqalələrə azərbaycan, rus və ingilis dillərində xülasə əlavə edilməlidir;
* Məqalə müəllifinin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, təmsil etdiyi müəssisə, e-mail ünvanı və ORCID ID qeyd olunmalıdır;
* Məqalələr Times New Roman şrifti, ölçü 12, sətirarası interval 1,0 ilə yazılmalıdır;
* İstinad və ədəbiyyat siyahısı AAK-ın dissertasiyalar üçün müəyyən etdiyi tələblərə uyğun hazırlanmalıdır.
Qeyd edək ki, jurnalın növbəti buraxılışı Cild 14, №3, 2025-dir

Əlavə məlumat üçün Azərbaycan allerqologiya və klinik immunologiya jurnalının elmi redaktoru t.ü.f.d., dosent İbrahimova Ş.H. müraciət edə bilərsiniz (Email: [email protected]).