ATU-da xarici professor seminar keçirəcək

Azərbaycan Tibb Universitetində  akademik mübadilə proqramı çərçivəsində seminar təşkil olunacaq
Tədbir 24 sentyabr, saat 10:30-da Əczaçılıq toksikologiyası və kimya kafedrasında (3 saylı tədris binası, 5-ci mərtəbə, mühazirə zalı) baş tutacaq.
Təşkil olunan seminarda Pakistan Respublikasının Swabi Universitetinin professoru Abdur Rauf  “Diospyros lotus (Qafqaz xurması) bitkisindən alınan dimer naftoxinonların dərman preparatlarının hazırlanmasında əhəmiyyəti” mövzusu ilə çıxış edəcək.
Qeyd edək ki, seminar ingilis dilində keçiriləcək.