ATU -da professor Vladimir Jurisic tərəfindən mühazirə keçiriləcək

24 sentyabr 2025-ci il tarixində, saat 14:00-da Azərbaycan Tibb Universitetində (AMU, Korpus 4, 4-cü mərtəbə, Biokimya kafedrası) professor Vladimir Jurisic (Serbiya) tərəfindən mühazirə keçiriləcəkdir.

Professor Jurisic Belqrad Universitetində təhsil almış, daxili xəstəliklər üzrə ixtisaslaşmış, Berlin Charité Universitetində qısa müddətli təqaüd proqramında, həmçinin Afina Milli və Kapodistriya Universitetində, Milano Avropa Onkologiya Məktəbində və İtaliyada Ceppellini İmmunologiya Məktəbində bir sıra təlimlərdə iştirak etmişdir. O, hematologiya, molekulyar tibb və onkologiya sahəsində 240-dan çox məqalənin müəllifidir və beynəlxalq konfranslarda 60-dan çox çıxış etmişdir.

 Mövzu:

Onkologiyada NK hüceyrələri: NK hüceyrələrinin sayının və funksiyasının qiymətləndirilməsi metodları, sitokinlər vasitəsilə NK hüceyrələrinin modulyasiyası imkanları

Hədəf auditoriya:

Biokimya, immunologiya, onkologiya və hematologiya üzrə rezidentlər və magistrantlar

Doktorantlar və tədqiqatçılar

Klinisist həkimlər və müvafiq sahə mütəxəssisləri

 

Məkan: AMU, Korpus 4, 4-cü mərtəbə, Biokimya kafedrası

Tarix və vaxt: 24.09.2025, saat 14:00

RSVP: Prof. Azizova Gülnarə – 0503553953

 

Bütün maraqlananlar dəvət olunur!