ORHUN mübadilə proqramına qeydiyyat

Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin

ORHUN mübadilə proqramına

2025-2026-cı tədris ilinin  yaz semestrləri üçün

 

QEYDİYYAT ELANI:

 Proqrama Ege Universitetinin müvafiq fakültələrində bir semestr təhsil almaq istəyən Müalicə-profilaktika,  Hərbi tibb, Əczaçılıq, İctimai Səhiyyə fakültəsinin Tibb bacılığı və Fizioterapiya və tibbi reabilitasiya ixtisasının bakalavr (baza ali tibb təhsili) tələbələri müraciət edə bilər:

Qeydiyyat üçün tələb olunan sənədlər:

1 – Tələbə məlumat forması (Öğrenci bilgi formu) - əlavə olunur.

2 – Transkript

3 – Dekanın tövsiyə məktubu.

 Qeydiyyat şərtləri:

  • Bütün sənədlər elektron qaydada doldurulmalıdır.
  • Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.
  • Türkiyə vətəndaşları proqrama müraciət edə bilməzlər.
  • Dərslər Türk dilində keçiriləcəkdir.
  • Yalnız nəqliyyat xərcləri qarşılanır. Yataqxana və qidalanma ilə bağlı xərclər iştirakçı (tələbə) tərəfindən ödənilir.

Sənədlər 04.10.2025-ci il tarixinədək mövzu (title) yerində “Orhun mübadilə proqramı” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected]

  • Bütün sənədlərin pdf formatında tək faylda göndərilməsi xahiş olunur.
  • Düzgün doldurulmamış və göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!

Öğrenci bilgi formu yüklə  

Hörmətlə,

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi