Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü Konqresi keçiriləcək

9–11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində, “Fairmont” otelinin Konqres məkanında cərrahiyyə sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan, 50 il əvvəl təsis olunmuş Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü Konqresi keçiriləcəkdir

“Yeni elmi və praktiki üfüqlə addımlayırıq! ” şuarı altında keçirilən Elmi Forum çərçivəsində həmçinin aşağıdakı tədbirlər baş tutacaq:

  • Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi (AzOMFS);
  • Türk dövlətlərinin I Ağız və Üz-Çənə Cərrahları Konqresi.

 Elmi Foruma qatılan  mütəxəssislərin fəaliyyəti insanın həm zahiri görünüşünü, həm də sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib.

Dəvət olunmuş məruzəçilər arasında:

  • professor Jatin Şah (ABŞ) – baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış lider;
  • professor Jan-Pol Meningaud (Fransa) – üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünya şöhrətli üz- çənə cərrahı;
  • professor Edqar Biemer (Almaniya) – müasir plastika və rekonstruksiya cərrahiyyəsinin Avropa və Asiyada yaradıcalarından sayılan mütəxəssis;
  • professor SM Balaji (Hindistan) – tanınmış və aparıcı kəllə-üz cərrahı

Eləcə də Türkiyə,  Pakistan, İtaliya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Filippin, Argentina, Braziliya, Polşa, Serbiya, Özbəkistan, Kazaxstan, Kirğızıstan, İsrail, Səudiyyə Ərəbistanı, İran, İraq, Suriya, Tayland, Kipr, Çad və ümumiyyətlə 30-dan çox ölkədən tədbirdə iştirakçının qatılması təsdiqlənib.

Konqresin Elmi Proqramı geniş mövzuları əhatə edəcək:

  • ağız və üz-çənə cərrahiyyəsi (dental implantologiya və parodontal cərrahiyyə daxil olmaqla);
  • üzün estetik  və rekonstruktiv cərrahiyyəsi;
  • baş və boyun cərrahiyyəsi və onkologiyası;
  • otorinolarinqologiya;
  • cərrahiyyənin kompüter texnologiyalarla idarə olunması (CAD/CAM sistemləri və naviqasiya cərrahiyyəsi);
  • dermatologiya və kosmetologiya.

Üçgünlük zəngin Elmi Proqrama plenar iclaslar, simpoziumlar, şifahi və poster təqdimatları, həmçinin Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştrakı ilə keçiriləcək üz cərrahiyyəsinə və almacıq diş implantasiyasına aid iki kadavr kursuç eləcə də və real pasiyentlər üzərində  estetik təbabətə aid Master Klass daxil edilib.  

Bunlarla yanaşı tədbir keçiriləcək məkanda son nailiyyət və innovasiyaların təqdim olunacağı ixtisaslaşdırılmış beynəlxalq sərgi təşkil olunacaq.

“Fairmont” otelinin Nizami Gəncəvi Zalında  9 oktyabr 2025-cu il tarixində saat 18.00-da keçiriləcək Konqresin təntənəli Açılış Mərasiminə media nümayəndələrini dəvət edirik.

Tədbirimizə maraq göstərən media nümayəndələrindən öncədən aşağıdaki məlumatları [email protected] elektron unvanına yollamağınızı və ya 0552742222 (Günel xanım) telefonla əlaqə saxlamağınızı xahiş edirik:

  • media qurumunun adı;
  • iştirak edəcək mətbuat nümayəndəsinin (jurnalistlər, fotoqraflar və videoqraflar) adı, soyadı

Bu məlumat əsasında xidməti vəsiqə təqdim edən media qurumun nümayəndələrinə hazırladığımız bədclər təqdim olunacaq.

Elmi Forum haqqında geniş məlumat Konqresin rəsmi saytında verilir:

https://icmfs2025.az-omfs.az/

 

 

Hörmətlə,

Konqresin sədri                                                                     professor Çingiz Rəhimov