II Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədrinin öz fəaliyyət müddətini başa vurması ilə əlaqədər yeni sədrin seçkilərinə namizədlərin qəbuluna başlanılmışdır.
1. I və Vl kurs istisna
2. ÜOMG 81-100 bal
3. Ən azı 1 elmi işi ilə diplom qazanan ( yer tutan və ya nominasiya alan)
4. Ən azı 1 il elmi cəmiyyətin üzvü olan
5. İdarəçilik bacarığı olan və fakültənin ictimai həyatında aktiv iştirak edən
Tələblərə uyğun namizədlər 06.10.2025 saat 14⁰⁰-a qədər namizədlikləri barədə müraciətlərini (ad, soyad, qrup, kurs, əlaqə nömrəsi, e-mail, elmi tədqiqatı ilə aldığı diplomun pdf-i, özləri haqında mətn - Microsoft Word proqramında times news roman 12 şrift ilə maksimum 1 səhifə) [email protected] elektron ünvanına göndərsinlər.
Qeyd 1: Beynəlxalq konfransların hər hansı birində iştirak etmiş, dil bilikləri olan və təşkilatçılıq bacarıqlarına sahib tələbələrə üstünlük veriləcək.
Qeyd 2: Seçki zamanı hər bir namizəd öz platforması ilə çıxış edəcək.
Seçki Fakültə TEC-in İdarə Heyəti tərəfindən qapalı səsvermə yolu ilə aparılacaq.
Hörmətlə, II MPF TEC İdarə Heyəti..