Oktyabr ayı ərzində EBSCO tərəfindən vebinarlar keçiriləcək

Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamentinin təşəbbüsü sayəsində ATU-nun əməkdaşları mütəmadi olaraq EBSCO şirkəti tərəfindən keçirilən faydalı vebinarlarda iştirak edirlər

 Aşağıda qeyd olunan vebinarlar EBSCO-nun Moldova, Mərkəzi Asiya və Qafqaz regionu üzrə mütəxəssisi İrina Serjan tərəfindən keçiriləcək. Vebinarda iştirak edən əməkdaşlara sertifikat təqdim olunacaq.

  • 15 oktyabr (17.00-da Bakı vaxtı)

 Mövzu: Azərbaycan Tibb Universitetində mövcud olan Dentistry & Oral Sciences Source elektron jurnal kolleksiyasında stomatologiya sahəsi üzrə məlumatların peşəkar axtarışı

Qeydiyyat üçün link: https://ebsco-russian.zoom.us/webinar/register/WN_7reSYZipSnSJk8xT_hcaOA

  • 22 oktyabr (17.00-da Bakı vaxtı)

Mövzu: Azərbaycan Tibb Universitetində mövcud olan Medline Ultimate elektron jurnallar kolleksiyasında tibb aid elmi məlumatların peşəkar axtarışı

Qeydiyyat üçün link: https://ebsco-russian.zoom.us/webinar/register/WN_cCint1GwRJuyggcx72N5Sw

  • 29 oktyabr (17.00-da Bakı vaxtı)

Mövzu: DynaMed - Azərbaycan Tibb Universitetinin tədris, tədqiqat və tibbi fəaliyyəti üçün sübuta əsaslanan tibb resurs

Qeydiyyat üçün link: https://ebsco-russian.zoom.us/webinar/register/WN_VwUkNKTlS2OA7ijH65Tu4w