ATU-nun bakalavr və magistr  tələbələrinin nəzərinə!

Ankara Universitetinin Mübadilə proqramı çərçivəsində 2025-2026-ci tədris ilinin yaz semestri  üçün tələbə  qəbulu elan edir

Qeydiyyat üçün tələb olunan sənədlər:
•    Bakalavrlar üçün dekan tərəfindən və magistrlar üçün rezidentura və magistratura şöbəsinin müdiri tələbənin  proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)
•    Transkript (ingilis dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
•     pasportun rəngli surəti
•    biometrik fotoşəkil
•    Türk dili bölmələrində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1  sertifikat tələb olunur.
•    İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikat tələb olunur.
Qeydiyyat şərtləri:
    Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.
Bakalavrlar üçün: https://bbs.ankara.edu.tr/Bolumler.aspx?pno=2
Magistrlar üçün:  https://bbs.ankara.edu.tr/Bolumler.aspx?pno=6 
    Türkiyə vətəndaşları proqrama müraciət edə bilməzlər.
    Tələbə yataqxana  ilə təmin olunur. Nəqliyyat və qidalanma ilə bağlı xərclər iştirakçı (tələbə) tərəfindən ödənilir
    Təhsil ödənişsizdir.
Sənədlər 13.11.2025-ci il tarixinədək mövzu (title) yerində “Ankara University student exchange program” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected]

Bütün sənədlərin pdf formatında tək faylda göndərilməsi xahiş olunur.
Göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!
 


Hörmətlə,
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi