Bu il Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyevin 60 yaşı tamam olub. Bu səbəbdə noyabrın 1-də Belarus Dövlət Tibb Universiteti (BDTU) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkil etdiyi internet-onlayn Beynəlxalq Elmi-Praktik Konfrans məhz məşhur professor M.Əliyevin yubileyinə həsr edilib. Konfransı Belarus tərəfdən BDTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Vasili Rudenko, Azərbaycan tərəfdən isə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, Surxay Hadıyev açaraq yubilyar haqqında xoş sözlər söyləyib, onun geniş elmi və təcrübi fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər.
BDTU-nun Cərrahiyyə kafedrasının müdiri, professor Sergey Alekseyev yubilyarın elmi-praktik fəaliyyəti, dünyanın nüfuzlu tibb mərkəzlərində və o cümlədən Belarusda klinikalarda keçdiyi təcrübədən, apardığı uğurlu cərrahiyyə əməliyyatlarından söhbət açıb. Alimin həyat yolunun gənc həkimlər üçün bir örnək olacağını diqqətə çatdırıb. Sonra professor Mübariz Əliyevə söz verilib. Professor, şərəfinə yüksək səviyyəli beynəlxalq konfrans təşkil olunduğuna görə BDTU-nun rəhbərliyinə, ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə və təşkilatçılara təşəkkürünü bildirib. Qarın boşluğu orqanlarında lakaraskopik və açıq üsullarla müasir texnologiya vasitəsi ilə aparılan mürəkkəb cərrahi əməliyyatların apaılmasından və rəhbərlik etdiyi şöbədə əldə edilən nailiyyətlərdən söhbət açıb. Klinikada aparılan əməliyyatların keyfiyyəti, kosmetikliyi və az invazivliyi ilə seçilməsinə diqqətə çəkən natiq, qida borusu, öd yollarında aparılan əməliyyatlar, orqan və toxumaların uğurlu transplantasiyaları və.s ilə bağlı konfrans iştirakçılarının marağına səbəb olan fikirlər səsləndirib. Konfransda hər iki ölkəni təmsil edən alimlər müxtəlif mövzularda çıxış ediblər. Tədbirə onlayn vasitəsilə digər ölkələrin, o cümlədən Almaniya, Ukrayna, İzrail, Səudiyyə Ərəbistanın tanınmş cərrahları qoşulub, yubilyara ürək sözlərini deyib, təbriklərini çatdırıblar. Konfrans geniş disskusiya ilə başa çatıb.
Qeyd edək ki, professor Mübariz Əliyev 1959-cu il aprelin 16-da Füzuli rayonunun Yağlıvənd kəndində, müəllim ailəsində anadan olub. О, 1966-cı ildə orta məktəbə gedib və 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Ali məktəbi cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilə qədər Sumqayıt şəhərində Təcili Yardım Xəstəxanasında cərrah kimi fəaliyyətə başlayıb. O, 1986-1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil alıb, vaxtından əvvəl namizədlik dissertasiyası 2009-cu ildən Prezident yanında Ali Attestasiya Komissiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən tanınan səhhiyyənin təşkili üzrə, beynəlxalq dərəcəli ekspertdir.