Xocalı Soyqırımı unudulmadı və unudulmayacaq
25 fevral 2013-cü il tarixində Türkiyə Cümhuriyyətinin Samsun şəhərində, Ondokuz Mayıs Universitetində Xocalı soyqırımını anma tədbiri keçirilmişdir.
Burada təhsil alan azərbaycanlı tələbələrdən Elvina Nəsirova, Mirkamal Sarızadə və Qaşqay Abbaszadənin təşkilatçılığı ilə hazırlanan tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.
OMU-nun Tibb fakültəsinin 5-ci kurs tələbəsi Elvina Nəsirova "Azərbaycan Xalqı və Dövləti Xocalı Soyqırımını Heç Bir Zaman Unutmadı və Unutmayacaq" başlığı altdında çıxış edərək tədbiri açmışdır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasından professor İlqar Niftalıyev Xocalı Soyqırımı və Azərbaycanın Qarabağ tarixi haqqında geniş məlumat vermiş, tədbirdə iştirak edən tələbələri bilgiləndirmişdir. Anım tədbirində OMU rektorunun müşaviri Bekir Şişman, OMU mühəndislik fakültəsinin əməkdaşı professor Azər Qasımzadə, Azərbaycan kültürü dərnəyi başkanı Fəridə Qasımzadə, OMU pedaqoji fakültəsinin müəllimi yrd.doç.dr Cəlil Nəbiyev, MHP il başkanı Şaban Kılıç, Türk Ocakları başkanı Tuncay Çağlayan, o cümlədən universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.