Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında İsrailin Ben-Quriona Universitetinin və ATU-nun əməkdaşlarının birgə iştirakı ilə seminar keçirilib. İki gün davam edən seminar universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov tərəfindən açılıb. Prorektor İsrailin Ben-Qurion Universitetinin ATU ilə uzunmüddətli əməkdaşlığı tarixindən söhbət açaraq, hər iki universitetin bir sıra mötəbər tədbirlər keçirdiyini qeyd edib. Bu günkü tədbirin əsas mövzusunun yaşlı insanlarda neyrocərrahi, ortopedik xəstəliklər və onların xüsusiyyətləri ilə bağlı olduğunu bildirib. Sonra çıxış üçün söz Dr. Aleks Geftere verilib. O, “Yaşlı xəstələrdə onurğa sütunu cərrahiyyəsi”, Dr. İsrael Melamed “Yaşı 70-dən yuxarı olan xəstələrdə neyrocərrahi müdaxilələr”, ATU-nun Neyrocərrahiyyə kafedrasının rezidenti Səbuhi Etibarlı “Osteoproz və vertebroplastika” mövzularında çıxış edib.
Növbəti gün seminar öz işini Tədris Terapevtik Klinikada davam etdirib. Məruzəçilərdən Dr. Yan Press “Yaşlı insanlarda demensiya”, Dr. İlya Xazanov “İsraildə ambulator geriatrik yardımın təşkili”, Tədris Terapevtik Klinikanın Gerietriya şöbəsinin müdiri Azadə Ələkbərova “ ATU-nun Tədris Terapevtik Klinkasında geriatrik pasiyentlərin statistik göstəriciləri“ mövzularında çıxış ediblər. Mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş disskussiya şəraitində başa çatıbdır.
Qeyd edək ki, məruzəçilərdən Aleks Gefler ilə Yan Press əslən Bakıdandırlar. İsrailin nüfuzlu univeristetlərindən hesab olunan Ben-Qurio ilə ATU arasında əməkdaşlığın genişlənmsi məhz onların sayəsidə baş tutub.