Azərbaycan Tibb Universitetində Azərbaycan və MDB məkanında ən populyar oyunlardan biri sayılan Şən və Hazırcavablar Klubu üzrə yeni komanda yaradılıb. Klubun yaradıcılarından biri, ATU-nun ictimai səhiyyə fakültəsinin V kurs tələbəsi Bəhruz Həsənovun sözlərinə görə, komandanın bərpasına ötən ilin dekabrından start verilib.
“Bu oyunun özünəməxsus şərtləri var və ən əsas tələblərdən biri də komanda oyunu olmasıdır. Bundan əvvəl də ATU-da Şən və Hazırcavablar Klubunun (ŞHK) komandası mövcud olub. Lakin komandanın oyununda fasilə yaranıb. İndi isə bu oyunda yenidən itirak etmək qərarına gəlmişik. Bizim üçün bu oyun sadəcə yumor deyil, həm də satiradır. Və bu baxımdan, komandanın işini daha da gücləndirmək, sayımızı artırmaq niyyətindəyik”.
Artıq ATU-da bir ŞHK komandası fəaliyyət göstərir və klub üzvləri ilk işlərini təqdim ediblər. Tələbələr ATU klinikasının Təcili yardım şöbəsində baş verən hadisələrə yumoristik yanaşma ortaya qoyan səhnəciklə çıxış ediblər. Səhnəcik ATU-nun tələbə-müəllim heyəti qarşısında təqdim olunub. Tədbirdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, ATU-nun təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə və Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Seymur Hacıyev iştirak edirdilər.
ATU-nun ŞHK komandasının üzvlərini təqdim edirik: I kurs ictimai səhiyyə fakültəsinn tələbəsi Naidə Aydınova, I kurs ictimai səhiyyə fakültəsinin tələbəsi Elnur Yunusov, I kurs hərbi fakültəsinin tələbəsi Abdulla Hüseynov, II ictimai səhiyyə fakültəsinin tələbəsi Ülfət Nəzərova, ictimai səhiyyə fakültəsinin II kurs telebesi Bəşirli Cəmilə, II kurs ictimai səhiyyə fakültəsinin tələbəsi Aidə İsmayılova, II kurs ictimai səhiyyə fakültəsiin tələbəsi Sitarə İsgəndərova (Klubun sədri), II kurs I müalicə-profilaktika fakültəsi İlahə Səfərova, II müalicə profilaktika fakültəsi II kurs tələbəsi Tükəz Məmmədova, II müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Murad Əkbərli, ictimai səhiyyə fakültəsinn IV tələbəsi Zeynəb Bağırova (bədii rəhbər), ictimai səhiyyə fakültəsinin V kurs tələbəsi Bəhruz Həsənov, ictimai səhiyyə fakültəsinin V kurs tələbəsi Təbriz Həsənov (komandanın yaradıcısı), ictimai səhiyyə fakültəsinin V kurs tələbəsi İbrahim Məmmədli, ictimai səhiyyə fakültəsinin II kurs tələbəsi Nəzrin Ömərli, ictimai səhiyyə fakültəsinin III kurs tələbəsi Taleh Qasımov, II müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Aynur Bayramova, II müalicə profilaktika fakültəsinin II kurs Türkay Kərimli, ictimai səhiyyə fakültəsinin IV kurs tələbəsi Pakizə Əhmədova.