Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransında iştirak etmiş tələbələrdən 3-ü mükafatlandırıldı

Şüa diaqnostikası və şüa terapiyası kafedrasında Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransında iştirak etmiş tələbələrlə görüş keçirilib.

 

Görüşdə kafedranın həkimləri və tələbələr iştirak edib.
Görüşdə çıxış edən kafedra müdiri, dosent Məlahət Sultanova bildirib ki, konfransa təqdim edilən 11 işdən 3-ü mükafata layiq görülüb.

 

M.Sultanova tələbələrə və onların elmi rəhbərlərinə bu nailiyyətlərinə görə öz təşəkkürünü bildirib, onlara bu yolda uğurlar arzulayıb.

 

Görüşün davamında qaliblərin adları da açıqlanıb.

 

ll yer Hüseynli Nihad (Elmi rəhbər ass. Məmmədova S), lll yer Qaraşov Yelmar (Elmi rəhbər dos.Sultanova M.,ass . Əhmədova G), lll yer Ələkbərova Gülgəz (Elmi rəhbər ass.Mehtiyeva A.).

 

Sonda kafedra tərəfindən sertifikat və diplomlara layiq görülmüş tələbələrin mükafatlandırılması olub.