700 bal toplayanlar gənclər ATU-nu seçdilər

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında rekord sayda gənc yüksək nəticə göstərdi. Ümumilikdə bütün qruplar üzrə 29 nəfər 700 bal yığmağa müvəffəq olub.

 

Hər il olduğu kimi, bu dəfə də  maksimum nəticə göstərənlərin bir qismi təhsil üçün Azərbaycanın aparıcı ali məktəbi olan Azərbaycan Tibb Universitetini seçib.

 

Yüksək nəticə göstərənlər arasında ATU tələbəsini adını daşıyacaq gənclər bunlardır:

 

Rəna Əliyeva,  Nərmin Balakişiyeva, Fəyyaz Aslanov, Nərmin Əhədova və Anar Kərimxanov.  Bu gənclərin hamısı təhsil üçün ATU-nun Müalicə işi fakültəsini seçib.

 

Qeyd edək ki, mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən yaz  imtahanının nəticələrinə görə, 7 nəfər 700 bal toplayıb. Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçirilmiş yaz imtahanlarında 3 nəfərin nəticəsi maksimal olub – 700 nəfər. İyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən yay imtahanlarında 15 nəfər 700 bal toplayıb. Və iyulun 26-da II və III ixtisas qrupları üzrə yay qəbul imtahanlarında 4 nəfər ən yüksək nəticəyə nail olub.

 

Onlar arasında ATU-nu seçən tələbələrimizi təbrik edir, onlara təhsil illərində uğurlar arzulayırıq.