Xocalı faciəsinin 21-ci ildönümü qeyd olundu
						
						
						Fevralın  22-də «Azəərbaycan tarixi» kafedrasında  Xocalı  soyqırımına həsr olunmuş anım mərasimi keçirildi. Azərbaycan dili kafedrasının müdiri, dosent Akif Miriyev tədbiri açaraq dinc əhalinin qətlə yetirilməsini, bir şəhərin yer üzündən silinməsini tarixin ən qanlı səhifəsi adlandırdı. Tarix kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov Xocalı soyqırımı və digər soyqırımlar barədə ətraflı danışdı. O, ermənilərin əsil adlarının "hay" olduğunu  tədbir iştirakçılarının  nəzərinə  çatdıraraq erməni vandalizminin mahiyyətindən bəhs etdi.  
"Təbib" qəzetinin baş redaktoru, şair-publisist, yazıçı  Eldar İsmayıl  Xocalı  soyqırımını unutmamağın, bu dəhşətli hadisənin indiki və gələcək nəsillərə çatdırılmasının, anım günlərinin ildə bir yol deyil, zaman-zaman keçirilməsinin vacibliyini söylədi, ermənilərin iç üzünü açan, eyni zamanda gənclərimizi qisasa çağıran «Qarabağ dərdi» şeirini oxudu. 
Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, iqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri, dosent Yavər Vəliyev, Azərbaycan dili kafedrasının dosenti İsmət Ağayeva və 323-cü qrup tələbəsi Aida Əkbərli ürək sözlərini deyərək Xocalı soyqırımında həlak olanların anım gününün keçirilməsinin gələcək nəsillər üçün  mühüm  əhəmiyyət kəsb etdiyini vurğuladılar, günahsız qurbanlara və bütün Şəhidlərə ulu Tanrıdan rəhmət dilədilər. 
Tədbirdə çıxış edən Sara Göyçəli və Aygün Akifqızı Xocalıya həsr olunmuş şeirlərini oxudular.