“Conversation Club”da pulsuz müzakirələr keçirilir

ATU Tələbə Gənclər Təşkilatının nəzdində yeni yaradılan "Conversation club" fəaliyyətə başlayıb. Təşkilatın sədri Rauf Vəliyevin verdiyi məlumata görə, klubun təşkilatçılığı ilə hər həftəsonu tam ödənişsiz olaraq alman, rus, ingilis dillərində söhbət və müzakirələr təşkil olunur.

 

“İlk müzakirələr ötən şənbə günü baş tutub. Müzakirələri ATU tələbələri tərəfindən idarə olunur. İlk həftə alman dili üzrə müzakirələri Müalicə profilaktika fakültəsinin VI kurs tələbəsi Kamran Məmmədov, ingilis dili üzrə isə IV kurs tələbəsi Ədalət Gəncəliyev aparıblar».

 

R.Vəliyev bildirib ki, “Conversation Club”un növbəti həftələrdə keçirəcəyi müzakirələrdə iştirak etmək istəyən tələbələr TGT-nin Facebook və İnstagram səhifələrində kluba üzv olub qeydiyyatdan keçə bilərlər.