Dünyada, eləcə də Azərbaycanda ayaq xəstəlikləri arasında əyripəncəliliyə rast gəlinir. Bəzən düzdabanlılıq adlandırılan bu xəstəlik insanda uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər gəlib çıxa bilir. Ona görə də bu müalicə mümkün qədər tez aparılmalıdır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında əyripəncəlikdən əziyyət çəkən 4 aylıq körpə bir neçə mərhələdə müalicə olunmaqdadır. Klinikanın travmatologiya və ortopediya şöbəsinin cərrahı Nicat Səttarov sözlərinə görə, anadangəlmə ayaq əyriliyi olan bu körpə son mərhələdə əməliyyat edilir:
“Müalicənin əvvəlində biz əyriliyi 4 mərhələli gipslə düzəltdik. Buna kensept metodu deyirik. Hazırda axırıncı - dördüncü mərhələdəyik və uşaqda tenotomiya əməliyyatını apardıq. Əməliyyatdan sonra 4 həftə ərzində ayaq gipsdə saxlandıqdan sonra açılır. Daha sonra uşaq xüsusi ayaqqabı geyinməlidir. Bir müddətdən sonra artıq ayaq tam normal formalaşır”.