Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Konfransı tibb xidməti baş leytenantı Sevinc Orucova açıq elan edərək, konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, artıq Hərbi tibb fakültəsinin tələbə və kursantları öz çıxışları ilə istər ölkə daxilində, istərsə də ölkə xaricində keçirilən tədbir və beynəlxalq konfranslarda etdikləri çıxışları ilə universitetimizin layiqincə təmsilçiləri olub, mükafatlar əldə ediblər. Bunun sevindirici hal olduğunu bildirən S.Orucova, öz fikirlərini konfrans iştirakçıları ilə bölüşmək üçün sözü fakültənin rəsi, tibb xidməti polkovniki Çingiz Əlləzova verib.
Ç.Əlləzov hər il ənənəvi olaraq keçirilən bu konfransın əhəmiyyətindən danışıb. Bildirb ki, bu konfrans fakültənin kursant və tələbələrinin alimliyə getməsi üçün bir cığırdır. Onların arasında gələcəyin tanınmış alimlərinin yetişəcəyinə əminliyini qeyd edib.
Məruzəçi tibb xidməti polkovniki, Sərhəd Qoşunlarının tibb xidməti rəisi Kənan Yusifzadə isə öz çıxışında hərbi həkim peşəsinin olduqca çətin, məsuliyyətli və şərəfli olduğunu bildirib. Bu baxımdan hərbi həkimlərin mülki həkimlərdən bir pillə yuxarıda dayandığını qeyd edib. K.Yusifzadə də bu günün kursantları arasında gələcəkdə millətinə, dövlətinə gərəkli alimlərin yetişəcəyinə böyük ümid bəslədiyini vurğulayıb.
Dövlət Himni səsləndirildikdən sonra Silahlı Ordumuzun keçdiyi şərəfli yolu əks etdirən video-görüntülər nümayiş etdirilib. Sonra tələbə və kursantlar məruzələrlə çıxış edib.
İbrahim Heydərlinin “Ürək xəstəliklərinin epidemiologiyası”, “Orxan Hüseynovun “Narahat ayaqlar sindiromu. Müalicəsində müasir yanaşma”, Şamxal Hüseynovun “Crush sindromu”, Varis Ələsgərlinin “Ezofaqal divertikul. Parabronxal divertikul”, Məftun Sadıqlının “Hərbi xidmətə yararsızlığa məhdudiyyətlərin tibbi aspektləri”, “Hüseyn Həsənovun “B12 defisitli anemiya və müasir baxış”, “Ayxan Səfərovun “Anadangəlmə pilorostenoz erkən aşkarlanması və müqayisəli əməliyyatı”, İlkin Həsənlinin “Kimya terapiyada müasir yanaşmalar”, Ağanur Cavadovun “Revmotoidli artritdə anti- CCP-nin spesifkliyi”, Dursun Əliyevin “Reablitasiya dönəmində olan pasiyentdə ağrı sindromu və bu sindromun müair yanaşma metodları”, Emin Əliyevin “Kardiorenal sindrom”, Tural Rəhmanlının “Diabetik neyropatiya”, Orxan Babayevin “Şəxsi heyət arasında KRX-nin epidemioloji xüsussiyyətləri”, Əmrah Hüseynovun “Diabetik ayaqlarda irinli – nekrotik ağırlaşmalar”, Musa Həsənovun “Hamiləliyin ektopiyası”, Orxan Həsrətovun “Reynaud fenomeni” və Elvin Tağıyevin “Mədə xorasının etiopatogenizi, diaqnostikası, müalicəsi” mövzusunda etdikləri çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfrans geniş disskusiya, sual-cavab əsnasında işini başa çatdırıb.