ATU rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri”nin “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.

 

“Tələbələrin dostu” sosial mükafatını bu gün rektor G. Gəraybəyliyə səhifənin rəhbəri Zöhrab Süleyman təqdim edib. 
Görüşdə rektor hazırda universitetdə aparılan tədris yönümlü dəyişikliklər, imtahan prosesinin gedişatı, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Gələcəkdə ATU-da reallaşdırılması planlaşdırılan yeniliklərdən söz açıb.

 

Görüşdə Azərbaycandakı universitetlərin vəziyyəti, universitetarası əlaqələr, tələbələrin sosial şəbəkələrdəki aktivliyi məsələləri də müzakirə olunub.