Ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 23-də Yeni Azərbaycan Partiyasının üzvü, ATU-nun insan anatomiyası və tibbi terminologiya lafedrasının professoru Mübariz Allahverdiyevin ailəsinin qonağı olublar.
Sadə bir Azərbaycan vətəndaşının ailəsi və sosial həyatı ilə tanışlıq xarakteri daşıyan bu görüşdə xalqlarımız arasında dərin tarixi bağlantılardan, ümumi Şərq mədəniyyətinin çalarlarını özündə əks etdirən adət-ənənələrdən, qədim tarixə malik qarşılıqlı münasibətlərdən bəhs edilib.
Professor Mübariz Allahverdiyev, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf etməkdə olan əlaqələrin, hər iki ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətin xalqlarımızın mənafeyinə uyğun olduğunu xüsusi diqqətə çatdırıb.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mübariz Allahverdiyevin mənzilində çay süfrəsi arxasında keçirilən bu görüşün Çin nümayəndə heyətində yüksək təəssürat yaratdığını qeyd edib.