Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Kafedrasının Doktorantı, Onkoginekoloq Əkbər İbrahimov Türkiyədə beynəlxalq tədbirə qatılıb. O, 19-22 fevral tarixlərində İstanbul şəhərində keçirilən 3. Minimal İnvaziv Ginekoloji Onkoloji Cərrahi Konqresində iştirak edib.
Ə. İbrahimov konqresdə uşaqlıq cisminin xərçənginə görə icra etdiyi “Çanağın Laparoskopik Limfodisseksiyası” əməliyyatının videosu ilə məruzə edib. Onun məruzəsi böyük marağa səbəb olub.
Ə. İbrahimov onkoginekoloqlar arasında keçirilən “O video Türkiyə” müsabiqəsində ən yüksək bal alaraq birinci yerə layiq görülüb. O, münsiflət heyəti tərəfindən mükafatla təltif edilib.