Tələbələr arasinda şou debat
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə fəaliyyəti ilə Azərbaycan Tibb Universitetində ATU Debat Klubunun "YAZ -2013" Debat mövsümünün açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində "Vətəndaş Cəmiyyətində Debat" İB -nin sədri Seymur Hüseynov və ATU THİK-in sədri Elşad Novruzov, ADİU, BDU, ADU, AKU, AzMİU Debat Klublarının nümayəndələri və Azərbaycan Tibb Universitetinin müxtəlif fakültələrində təhsil alan 200 dən artıq tələbə iştirak edirdi.
Tədbir ATU DK-in sədri Toğrul Süleymanlının ATU DK-ın yaranması və hazırkı fəaliyyəti barədə qısa məlumat verməsilə başladi. Natiqlər tədbir iştirakçılarını salamladıqdan sonra 2011-ci ilin Payız mövsümündə keçirilmiş Respublika Gənclər Debat Forumu barədə hazırlanmış qısa sənədli film nümayiş olundu. Daha sonra Şou Debat başlandı. "Qadınlara qarşı gender əsaslı zorakılığın aradan qaldırılmasında əsas məsuliyyəti kişilər daşıyır." Mövzusunda oynanılan şou debatda tərəflər çıxış etmişlər.
Təsdiq komandasından (UniMix), Pərvin Cabbarova (ATU), Tural Abdullazadə (ARPDİA), Murad Muradov (BDU), İnkar komandasının üzvləri (Realist), Fəxriyyə Balakişiyeva (BDU), Məhinbanu Məmmədli (ATU), Şirxan Vəliyev (ATU) ilə debata qatıldılar.
Tədbir sonda Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən debat klubun qısa tarixini özündə əks etdirən slaydla başa çatmışdır.