Mayın 19-da Universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimovanın təşkilatçılığı və sədrliyi ilə Azərbaycan və Türkiyə həkimləri arasında "Uşaqlarda və böyüklərdə xronik öskürəklərə müasir yanaşma" adlı aktual mövzuda online elmi-praktik konfrans keçirilib. Universitetimizin əməkdaşlarının da iştirak etdiyi bu konfransda Türkiyənin nüfuzlu universitetlərinin elm adamları, eləcə də hər iki ölkənin praktik həkimləri iştirak ediblər.
Türkiyənin çox dəyərli elm adamı, Dr. Suat Günsel Girne Üniversitesinin professoru Füsun Yıldız böyüklərdə 8 həftədən artıq davam edən öskürəklərin xronik öskürək olduğunu və bunun səbəblərinin mütləq araşdırılmasını və müalicənin düzgün aparılmasını tövsiyə edib. Prof. Dr. Füsun Yıldız böyüklərdə xronik öskürəyə səbəb olan patoligiyalar arasında bronxial astma, AXOX, QERX, tütünçəkmə, ürək-qan damar sistemi xəstəlikləri, hava kirliliyi, LOR-xəstəlikləri, psixoliji vəziyyət, bəzi dərman maddələrinin (ACE inhibitorları) və infeksiyanın xüsusi yer tutduğunu nəzərə çatdırıblar .
Dosent Məleykə Kərimova uşaq yaşlarında 4 həftədən artıq davam edən öskürəklərin xronik öskürək olduğunu qeyd edib və onun əsas səbəblərini konfrans iştirakçılarının nəzərinə çatdlrıb. Bu səbəblər arasında infeksiyaların, xüsusilə də KRVİ, xlamidiya, mikoplazma kimi infeksiyaları, allergik xəstəliklərin, Lor-xəstəliklərinin (Drip-sindrom), QER, psixoloji vəziyyətin, tənəffüs yollarının anadangəlmə qüsurlarının, yad cismin, irsi xəstəliklərin və s. mühüm yer tutduğunu vurğulayıb.
Mayın 27-də isə yenə də Məleykə Kərimovanın təşkilatçılığı və sədrliyi ilə Avropa İmmunçatışmazlıqlar Cəmiyyətunin (ESİD) 247-ci beynəlxalq online toplantısı - PROJECT düzənlənib. Toplantıda Azərbaycan, Türkiyə, eləcə də Rusiyadan 200-ə yaxın pediatr iştirak edib. Universitetimizin əməkdaşlarının da aktiv iştirak etdiyi bu toplantıda, ESİD Prezidenti Laszlo Marodinin iştirakçılara salamı çatdırılıb. Türkiyə Klinik İmmunologiya Cəmiyyətinin sədri, professor İsmail Reisli və dosent Məleykə Kərimova uşaqların tez-tez xəstələnməsinin səbəbləri, immundefisit vəziyyətlərin vaxtında aşkar edilməsi, onların müasir diaqnostika və müalicə metodları haqqında ətraflı çıxış ediblər.
Hər iki konfransda mövzularla bağlı suallar cavablandırılıb və toplantı iştirakçılarına sertifikatlar verilib.