Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın Müasir Problemləri” mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcəkdir.
Sizi və rəhbərlik etdiyiniz institutun əməkdaşlarını konqresin işində fəal iştirak etməyə dəvət edirik.
Konqres iştirakçılarına!
Hörmətli məsləkdaşlar!
Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən 23-24 aprel 2020-ci il tarixində Bakı şəhərində keçiriləcək “Əczaçılığın Müasir problemləri” mövzusunda Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Beynəlxalq Elmi Konqres”də sizləri də aramızda görməkdən qürur duyacağıq!
Konqresin mövzuları və elmi istiqamətləri
- Dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət;
- Keyfiyyətin müasir sistemləri, beynəlxalq standartların nailiyyətləri və problemləri;
- Yeni dərman maddələrinin sintezi;
- Əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikatlaşdırılması;
- Müasir dərman formalarının hazırlanma texnologiyası;
- Kimya-əczaçılıq, biotexnoloji və immunobioloji istehsalın müasir texnologiyaları;
- Nаnobiotexnologiya və əczaçılıq biotexnologiyası;
- Təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi;
- Farmakoqnostik analiz;
- Təbii və sintetik madələrin bioloji fəallığının tədqiqi;
- Əczaçılıq toksikologiyası, zəhərli təsirə malik birləşmələrin kimyəvi-toksikoloji tədqiqi;
- Farmakologiya və etnofarmakologiya;
- Farmakoterapiyanın problemləri;
- Dərman vasitələrinin klinik sınaqları;
- Fitoterapiya, aromaterapiya və fitokosmetika;
- Homeopatiya, naturopatiya, bioloji fəal əlavələr;
- Əczaçılıq marketinqi, əczaçılıq reklamı
- Əczaçılıq menecmenti və insan resuslarının idarə edilməsi;
- Əczaçılıq qanunvericiliyində islahatlar;
- Farmakonəzarət sisteminin təşkilinə müasir yanaşmalar;
- Əczaçılıq tarixi.
Materialların tərtibi qaydaları
Konqresin işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
Konqres materialları toplu şəklində dərc olunacaqdır. Tədqiqatların nəticələri məqalə və ya tezis formasında təqdim oluna bilər.
Məqalə və tezislər aşağıdakı qaydada tərtib edilməlidir:
- Məqalə və ya tezisin adı ortada, qalın şriftlə, baş hərflərlə;
- Müəlliflərin soyadı, adı, ata adı-ortadan, qalın şriftlə, kursivlə;
- İş yeri, şəhər, ölkə və e-mail ünvanı-ortadan, kursivlə;
- Məqalə və tezislərdə açar sözləri verilməlidir.
- Məqalənin həcmi-5-səhifəyə, tezislər-2 səhifəyə qədər olmalı; format A4, şrift Times New Roman, ölçü 14, səhifənin hər tərəfindən 2 sm məsafə, 1,5 interval, abzas 1,25 sm.
- Formullar – Microsoft Equation (CAMSOFT CHEM Draw);
Məqalələr “giriş”, “material və metodlar”, “nəticələr və onların müzakirəsi” kimi hissələrdən ibarət olmalıdır. Azərbaycan və rus dillərində təqdim olunan məqalələrin sonuna ingilis dilində xülasə əlavə edilməlidir.
Mətində qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.
Cədvəl və ağ-qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 1,0 intervalla, 12 pt şriftlə, izahla altyazılar 1,0 intervalla, 11 pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1,0 intervalla, 14 pt şriftlə, içərisi 12 pt şriftlə, izahlı altyazılar 1,0 intervalla , 11 pt şriftlə yazılmalıdır. Şəkil və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.
Məqalələrdə istifadə olunan ədəbiyyat “Ədəbiyyat siyahısı” sərlövhəsində əlifba sırası ilə (1,0 intervalla, 14 pt şriftlə) verilməlidir. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahıdakı sıra nömrələri kvadrat mötərizadə verilməlidir. Dərc olunmamış işlərə istinad edilməsinə icazə verilmir.
Tezislərdə cədvəllər, şəkillər və ədəbiyyat siyahısı tələb olunmur.
Təqdim olunmuş materiallar içərisindən konqresin Elmi Komitəsi tərəfindən seçilmiş işlər “Scopus” beynəlxalq bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”nda dərc olunacaqdır.
Konqres materialları [email protected] elektron ünvanına göndərilməli və yaxud elektron daşıyıcılarda və çap olunmuş formada 31 mart 2020-ci il tarixinədək aşağıdakı ünvanda təhvil verilməlidir:
Bakı şəhəri, Ə. Qasımzadə küçəsi, 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris binası, III mərtəbə Əczaçılıq kimyası kafedrası.
Materiallar ödənişli əsaslarla (bir səhifənin qiyməti - 10 AZN) dərc olunacaqdır.
Konqres haqqında daha ətraflı məlumatlar rəsmi saytda verilmişdir – www.mppbic.com
Əlaqələndirici şəxslər:
Məmmədov Fuad. Əlaqə telefonları: +99477-521-81-93, +99450-749-06-26
Qəribli Aytəkin. Əlaqə telefonu: +99470-834-11-43
Dəvət olunmuş məruzəçilər
Prof. Dr. K. Hüsnü Can Başer
Yakın Doğu Universitesi, Sağlıq Bilimləri İnstitutunun müdiri, farmakoqnoziya kafedrası, Lefkoşa, Kipr.
PhD Gaytan Herbet
Aix-Marseille Universitetinin Spectropol laboratoriyasının müdiri, Fransa.
Prof. A.Ghasem Jouyban
İran Tibb elmləri Akademiyasının üzvü, Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq analizi kafedrasının professoru, İran İslam Respublikası.
Prof. Anake Kijjoa
Portu Universitetinin Kimya kafedrasının müdiri, Portuqaliya.
Prof. Dr. Yusuf Öztürk
Anadolu Universiteti, Əczaçılıq fakültəsinin dekanı, Türkiyə Cümhuriyyəti.
Prof. Kovalyov Vladimir Nikolayeviç
Milli Əczaçılıq Akademiyasının farmakoqnoziya kafedrasının professoru, Ukrayna.
Prof. Saqdullayev Şamansur Şahsaidoviç
Özbəkistan Respublikası Elmlər Akademiyasının adakemik S.Y.Yunusov adına Bitki mənşəli Maddələrin Kimyası İnstitutunun direktoru.
Prof. Pyatiqorskaya Natalya Valeriyevna
Seçenov Universitetinin sənaye əczaçılığı kafedrasının müdiri.
Prof. Alyoşa Bakuridze
Batum Botanika Bağının direktoru, Gürcüstan.
Prof. Konovalov Dmitriy Alekseyeviç
Pyatiqorsk Tibbi-Əczaçılıq İnstitutunun Elmi İşlər üzrə prorektoru, farmakoqnoziya, botanika və fitopreparatların texnologiyası kafedrasının müdiri.
Prof. Maloştan Lyudmila Nikolayevna
Milli Əczaçılıq Akademiyasının fiziologiya və anatomiya kafedrasının müdiri, Ukrayna.
İŞTİRAKÇININ QEYDİYYATI
Cədvəldəki məlumatlar doldurulmalıdır.
İŞTİRAKÇININ QEYDİYYAT ANKETİ
Soyad |
|
Ad |
|
Ata adı |
|
İşlədiyi müəssisənin adı |
|
Tutduğu vəzifə, elmi dərəcə, elmi adı (olduğu halda). |
|
İş və ev ünvanı |
|
Mobil telefon |
|
Elektron ünvan |
|
İştirak forması |
Şifahi məruzə, stend (poster) məruzəsi, məruzəsiz şəxsi iştirak, yalnız publikasiya (lazım olanı qeyd etməli) |
Məruzənin adı |
|
Mövzu və elmi istiqamət |
|
Səhifə sayı |
|