ATU-nun əməkdaşı dünya miqyaslı patent alaraq Beynəlxalq İdeya Müəllifi siyahısına daxil oldu

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərovun aşırıpiylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu növbəti dəfə dünya səviyyəli patentə layiq görülüb. T.Ömərova məxsus Laparoskopikbariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası  -“Aşırı piylənməsi olan xəstələrdə Bariatrik-Metabolik cərrahi müalicənin optimallaşdırılması” bu dəfə  Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WorldIntellectualPropertyOrganization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.

(https://patentscope.wipo.int/search/en/detail.jsf?docId=WO2018218315&tab=PCTBIBLIO&_cid=P21-KQTE71-31631-1 )

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərinartıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. Azərbaycanlı cərrahın metoduna əsasən, laparoskopik üsulla bariatrik cərrahiyyə əməliyyatı zamanı mədənin boylama rezeksiyası digər standart metoddan fərqli olaraq, daha kiçik həcmli formalaşdırılır- mədə daxilinə yerləşdirilmiş 32 fr(yəni 11 mm diametrində kalibrasiya borusu ətrafında, pilortiksfinktordan maksimum  2 sm kənardan başlamaqla böyük əyrilik boyunca rezeksiya olunur. Bu zaman baş verə biləcək fəsadların qarşısını almaq üçün isəikinci xüsusi metod tətbiq edərək rezeksiya xəttinə mədənin böyük əyriliyindəndiseksiya olunaraq ayrılmış mədə omentumu yenidən alt və üst seroz qatlardan  keçməklə tikilməklə, həmin nahiyə gücləndirilir. Nəticədə isə anatomiya və fiziologiya qoruyucu yeni bir metod formalaşır. Pasiyentlər daha uzun müddət arıqlaya bilirlər və eyni zamanda arıqlama prosesi daha uzun illər boyunca qalıcı olur.

Digərbariatrikmetabolik cərrahi metodlarla müqayisədəyeni modifikasiyanın hər hansı bir əlavə təsirləri yoxdur. Doktor T.Ömərov qeyd edir ki, bu metod  xüsusi standart göstərişlər əsasında tətbiq olunmalıdır. Bu metodun tətbiq olunması ilə ölkəmizdədə son illərdə çəkisi 170 kq-247 kq arasında olan onlarla pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslaşdırılmışhökumətlərarası beynəlxalq təşkilatıdır. Mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən bu qurum  əqli mülkiyyət sahəsində ən önəmli beynəlxalq konvensiyaların idarəçiliyi ilə məşğuldur. Hazırda 193 ölkə WIPO-nun üzvüdür.  Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür.

Xatırladaq ki, indiyədək dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. 2017-ci ildə bu təşkilata ölkəmizdə belə bir metodun  tətbiq olunması ilə başlı müraciət olunub və 1 il ərzində WIPO tərəfindən aparılan araşdırmalardan sonra 2018-ci ildə bu yeni modifikasiyatəşkilatın mərkəzi olan Cenevrə ofisinin rəsmiləri tərəfindən qəbul olunub və adı çəkilən təşkilatın saytında dərc olunub.Tanınmış cərrahın mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb.Ölkəmizdə ilk bariatrikmetabolik cərrahi əməliyyatları aparan cərrahlardan olanTariyel Ömərov 2014-cü ildə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin yaradıcılarındandır. Bu təşkilat rəsmi olaraq mərkəzi qərargahı Brüsseldə olan İFSO-ya (InternationalFederationfortheSurgery of Obesity and MetabolicDisorders) qəbul olunub. (https://www.ifso.com/ifso-member-societies/ ).Bir neçə ay öncə isə Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova LaparoskopikBariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib.