ATU-nun əməkdaşı beynəlxalq konqresdə məruzə ilə çıxış edib
2021-ci ilin 19-22 iyun tarixlərində Avropa Nevrologiya Akademiyasının 7-ci Konqresi (EAN Congress, June 19-22, www.eanvirtualcongress.org) keçirilib. Konqresdə dünyanın bir çox ölkəsindən 12000-ə yaxın nevroloq iştirak edib.
Beynəlxalq tədbirin sessiyaları və bir-birindən maraqlı məruzələr dünyanın ən qabaqcıl nevroloqları tərəfindən təqdim olunub.
Konqresdə ATU-nun Nevrologiya kafedrasının assistenti, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin katibi, t.ü.f.d. Şəhla Məlikova da iştirak edib. Əməkdaşımız epilepsiyalı hamilə qadınlarda tutmaların doğuşun nəticələrinə təsiri mövzusunda məruzə ilə çıxış edib.
Konqresdə təqdim olunan məruzələrin tezisləri Avropa Nevrologiya Jurnalında dərc olunub (European Journal of Neurology, 28 (Suppl. 1), 558–752).