Bildiyimiz kimi, SCİmago reytinq sisteminin dərc etdirdiyi siyahıya əsasən, Azərbaycan Tibb Universiteti 2020-2021 illərdə dörd sahə üzrə indeksləşdirilməklə elmi-tədqiqat sahəsində 7533 universitet arasında 517-ci yerə yüksəlib. Buna səbəb isə ATU-nun əməkdaşlarının son iki ildə indeksləşən bazalara (Web of Science, Scopus, PubMed və s.) daxil olan 32 jurnalda elmi-tədqiqat nəticələrinin nəşr olunmasıdır (Mənbə: https://amu.edu.az/news/2555/ilk-defe-olaraq-atu-beynelxalq-reytinq-qurumunun-siyahisinda).
Onu da qeyd etmək lazımdır ki, SCİmago reytinq sisteminə Azərbaycandan bütün elm sahələrindən 7 jurnal daxildir. Onlardan 2-si ATU-da nəşr olunur (Azerbaijan Medical Journal, SJR - 0.186, Q4, H index - 3; və Azerbaijan Pharmaceutical and Pharmacotherapy, SJR - 0.113, Q4, H index - 3).
ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, ETM-in Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Fuad Rzayevlə, yerli və xarici universitetlərin alimləri ilə birgə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri 2019-2021-ci illərdə SCİmago reytinq sisteminə daxil olan əlavə 16 jurnalda da dərc edilib. Mənbəyi göstərilməklə həmin jurnalların siyahısı ilə sonda təqdim etdiyimiz cədvəldə tanış ola bilərsiniz.
Professor Eldar Qasımov və b.ü.f.d. Fuad Rzayevin həmmüəlliflikləri ilə təkcə 2021-ci ildə Web of Science, Scopus, PubMed indeksləmə bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 məqalə dərc edilib:
1. Lin S, Kühn F, Schiergens TS, Zamyatnin AA Jr, Isayev O, Gasimov E, Werner J, Li Y, Bazhin AV. Experimental postoperative ileus: is Th2 immune response involved? International Journal of Medical Sciences.2021; 18(13): 3014-3025. doi: 10.7150/ijms.59354. https://www.medsci.org/ v18p3014.htm İmpact Factor: 2,523
2. Ilaha Hasanova, Eldar Gasimov, Fuad Rzayev, Elman Hajiyev, Goncha Eyvazova, Meherrem Shaliyev, Aytaj Mehdiyeva, Nushaba Aliyeva, Yusif Yusifov, Hikmat Ismayilov, Haji Vahid Akhundzada, Zohrab Aghamaliyev, Sarvinaz Hajiyeva, Pervane Huseynova. PEG-assisted controlled precipitation of calcium hydroxide and calcium carbonate nanostructures for cement reinforcement. Materials Chemistry and Physics, 2021, https://doi.org/10.1016/j.matchemphys.2021.124865 Impact Factor: 3.408
3. Керимли Э.Г., Гасымов Э.К., Серкеров С.В., Керимов Ю.Б., Рзаев Ф.Г., Мурадова С.А., Исрафилова С.А. Изучение состава эфирного масла Achillea nobilis L. и его антибактериальное влияние на изменение ультраструктуры клеток Staphylococcus aureus // Химия растительного сырья. 2021. №1. С. 93–104. DOI:10.14258/jcprm.2021017446. (Scopus).
4. Lomidze, N., Zhvania, M. G., Tizabi, Y., Japaridze, N., Pochkhidze, N., Rzayev, F., & Lordkipanidze, T. Aging affects cognition and hippocampal ultrastructure in male Wistar rats. Developmental Neurobiology, (2021), 1–14. https://doi.org/10.1002/dneu.22839 Impact Factor: 3,9
Scimago Journal & Country Rank (2020-2021 years)
|
Title |
Type |
SJR |
H index |
1 |
Developmental Neurobiology |
journal |
1.716 Q1 |
129 |
2 |
Functional Plant Biology |
journal |
0.917 Q1 |
116 |
3 |
Journal of Molecular Liquids |
journal |
0.929 Q1 |
111 |
4 |
Saudi Journal of Biological Sciences |
journal |
0.710 Q1 |
53 |
5 |
Journal of the Neurological Sciences doi:10.1016/j.jns.2019.10.1000 |
journal |
0.963 Q2 |
137 |
6 |
Neuroscience Letters |
journal |
0.944 Q2 |
170 |
7 |
International Journal of Medical Sciences
|
journal |
0.913 Q2 |
62 |
8 |
Materials Chemistry and Physics |
journal |
0.764 Q2 |
152 |
9 |
DOI: 10.1134/S0006297919110166 |
journal |
0.747 Q2 |
80 |
10 |
Micron |
journal |
0.511 Q2 |
84 |
11 |
International Journal of Developmental Neuroscience |
journal |
0.761 Q3 |
88 |
12 |
Turkish Journal of Chemistry doi:10.3906/kim-1907-10 |
journal |
0.239 Q3 |
46 |
13 |
Biointerface Research in Applied Chemistry |
journal |
0.216 Q4 |
11 |
14 |
Khimiya Rastitel'nogo Syr'ya DOI:10.14258/jcprm.2021017446 |
journal |
0.200 Q4 |
6 |
15 |
Azerbaijan Medical Journal DOI: 10.34921/amj.2020.4.014 |
journal |
0.186 Q4 |
3 |
16 |
journal |
0.156 Q4
|
9 |
Mənbə: https://www.scimagojr.com/journalrank.php