ATU-da yay semestri davam edir 

 

 

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) dörd fakültəsi üzrə Yay semestri təşkil olunub. Mövcud qanunvericiliyə uyğun olaraq Yay semestri 16 iyul tarixində başlayıb. 

 

Semestr boyunca I-III kurslar üzrə fənlərin tədrisi onlayn (distant), IV-V kurslar üzrə isə ənənəvi formada təşkil olunub.

 

2020/2021-ci tədris ilinin yay semestri üzrə tədris prosesinə müxtəlif fakültələrin tələbələri cəlb olunublar. Məqsəd onlar arasında akademik borcu olanların bu  fənləri yenidən mənimsəyərək akademik borclarını ləğv etmək, müvəffəq qiymət aldıqları fənlərdən qiymətlərini yüksəltməkdən ibarət olub.  Yay semestrində tədrisin təşkilində professor - müəllim heyəti könüllülük prinsipi əsasında iştirak edirlər.

 

Yay semestrində tədrisin təşkilinə ATU-nun tədris hissəsi və fakültə nümayəndələri tərəfindən nəzarət olunur. Yay semestrində tədris müddəti gələn həftə də davam edəcək və avqustun 19-da başa çatacaq.