Bu günlərdə I Müalicə-Profilaktika fakültəsi ələbə Elmi Cəmiyyətinin konfransı olub. Konfransı fakültənin dekanı, dosent Elşad Novruzov açıb. Dekan iki il pandemiyadan sonra fakültə TEC-lərin konfranslarına başlanıldığından məmnunluq duyduğunu ifadə edib. Bu iki ərzində pandemiyanın müəyyən sahələrə, o cümlədən universitetin aktiv həyatına mənfi təsirlərindən söhbət açan dekan, 2020-ci ilin xalqımızın yaddaşında Zəfər ili kimi qaldığını da vurğulayıb. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun öz qəhrəmanlıqları ilə qələbə tarixini yazdıqlarını qeyd edib. Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
ATU TEC-in sədri Müşfiq Həsənov öz çıxışında rəhbərlik etdiyi qrumun universitetin ictimai bir təşkilat olduğunu bildirib. Təşkilatda aparılan islahat və yeniliklərdən söhbət açıb: “Son zamanlar tələbələrin TEC-ə marağının artığını görərək yeniliklər etməyə qərar verdik. Əvvəllər tələbələr 3-cü kursdan etibarən TEC-ə qəbul olunurdusa, indi 1-ci kursdan qəbul edilirlər. Tələbə elmi-tədqiqat işlərinin necə inkişaf etdirilməsini dekanlarla müzakirə edən zaman qərara gəldik ki, buna orta məktəbin şagirdlərindən başlamaq lazımdır. Odur ki, Bakıdakı liseylərdə yaxş oxuyan yuxarı sinif şagirdlərini elmi işlərə cəlb etdik. Yaxşı nəticələrini də gördük. Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” adlı elmi layihəyə qoşulduq. Bura qoşulan şagirdlərin böyük qismi universitetimizin elmi-tədqiqat mərkəzində tədqiqat işlərinin müəyyən hissələrini həyata keçirdi. Həmin şagirdlər arasında universitetimizə daxil olanlar da oldu. Elmi araşdlrmalarını tələbə kimi universitetdə davam etdirdilər”.
M.Həsənov mövzuların təbabətdə həllini gözləyən bir çox problemlərə həsr olunduğunu qeyd edərək, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra fakültə üzrə TEC sədri Rəşad Abızadənin təqdimatı ilə panel iclaslara başlanılıb.
Üç gün davam edən konfransda terapiya fənni üzrə 15, təməl fənn üzrə 14, cərrahi fənn üzrə 19 məruzə dinlənilib. Konfrans geniş müzakirələr və sual-cavablar əsnasında öz işini başa çatdırıb.