ATU-da Professor Dr. Əziz Əliyev video görüntülü mühazirə ilə çıxış edib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Kliinikasında Professor Dr. Əziz Əliyev qalxanabənzər vəzin xəstəliklərinə həsr olunan video görüntülü mühazirə ilə çıxış edib. V kurs tələbələri üçün keçirilən mühazirədə əsasən qalxanvari vəz və anatomiyası, orqanizimdə rolu, qalxanvari vəz testləri ilə bağlı ətraflı məlumat verilib.
Video-mühazirə zamanı prof. Əziz Əliyev həmçinin qalxanvari vəzinin xərçəngi, formaları, əməliyyatları, total tireoidektomiya və limfodisseksiya əməliyyatlarının əhəmiyyətindən, qalxanabənzər vəzin xəstəliklərində radionuklid diaqnostika və terapiyasının önəmindən, əməliyyatdan sonrakı proqnoz, əməliyyatdan sonra TSH hormonuna nəzarətin orqanizmdə rolu barədə danışıb.
Qeyd olunub ki, bu xəstəlik bütün dünyada şəkərli diabetdən sonra ən geniş yayılan xəstəliklərdən biridir. Respublikamızda qalxanabənzər vəzin xəstəlikləri əsasən dağlıq ərazilərdə, xüsusən Balakən, Şəki, Zaqatala və digər bölgələrdə daha geniş yayılıb ki, bunun da əsasən yod çatışmazlığı ilə bağlı olduğu bildirilib.
Ə.Əliyev bu xəstəliklərdə pəhrizin də ciddi rol oynadığın bildirib. Belə ki, əgər pəhrizə aşağı səviyyəli mikroelementlər, yod daxildirsə, onsa insan qalxanabənzər vəzinin yaranması üzrə artan risk altında olacaq.
Professor onu da vurğulayıb ki, qadınlarda qalxanabənzər vəzinin yaranma ehtimalı, kişilərə nisbətən iki dəfə yarım çoxdur. Hesab edilir ki, buna səbəb qadınlarda aylıq dövr və hamiləlik zamanı ifraz edilən hormonlardır. Amma elmi cəhətdən bu nəzəriyyənin müdafiəsi üçün sübutlar çox azdır.
Mühazirənin sonunda tələbələrin suallarını cavablandırıb, qalxanabənzər vəzin xəstəliklərinin müayinə və müalicəsi, profilaktikası istiqamətində tətbiq edilən müasir metodlardan söz açıb.