Azərbaycan Tibb Universitetinin rəhbərliyi, o cümlədən universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımovun təşəbbüsü ilə şəhid hərbi həkimlərin azyaşlı uşaqları üçün Yeni il şənliyi keçirilib.
ATU-nun 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunlarının övladlarının və tələbələrimizin iştirak etdiyi tədbirdə universitetin “Şəfa” xalq çalğı alətləri ansamblının nümayəndələri musiqilər səsləndiriblər. Tələbələr uşaqları əyləndirib, Şaxta Baba rolunda onlara müxtəlif hədiyyələr veriblər. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvü Səidə Hacıyeva tədbirin təşkilində xüsusi fəallıq göstərib.
Qeyd edək ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitetin Həmkarlar İttifaqı Komitəsi şəhid ailəsi üzvləri və qaziləri daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.