2020–ci ildən ATU-da tibb bacısı işi ixtisası üzrə təhsil həyata keçirilir - VİDEO

ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva "Tibb bacısı" ixtisasının önəmindən danışır

Bildiyiniz kimi, 50 ildən artıqdır ki praktiki olaraq bütün dünyada  Şimali Amerika, Avropa ölkələrində, Avstraliya və Türkiyədə  tibb bacılarının hazırlanması ali təhsil müəssisələrində həyata keçirilir.

2020 –ci ildən Azərbaycan Tibb Univesitetində tibb bacısı işi ixtisası üzrə təhsil həyata keçirilir.  Bu təhsilin əsas məqsədi müasir tələblərə cavab verən  mütəxəssislərin yetişdirilməsidir. Həm də  bizim tibb bacıları və tibb qardaşları üçün yeni imkanların yaradılmasıdır. Bu imkanlara nə daxildir? 

Birinci, məzunlarımız bakalavr olduqlarına görə magistr və doktorantura pillələrində öz təhsilini davam edə bilərlər. Gələcəkdə dissertasiya işlərini müdafiə edərək -  fəlsəfə doktoru,  elmlər doktoru dərəcələrini ala bilərlər. Növbəti mərhələdə  dosent və professor vəzifələri tutmaq imkanları qazanırlar.

İkinci imkan, ali təhsilli tibb bacısı tədris fəaliyyətini həyata keçirə bilər. Çünki beynəlxalq səviyyədə tibb bacısı təhsilinin əsas şuarı: Tibb bacısını tibb bacısı öyrətməlidir!

Və üçüncü, karyera baxımından bizim məzunlarımız liderlik, idarəçilik bacarıqlarına malik olduqlarına görə gələcəkdə müəyyən ictimai səhiyyə qurumlarında  həttə rəhbər vəzifələri tutmaq imkanlarını qazanacaqlar.

Və əgər kimsə gənclərdən bu ixtisasda özünü görürsə, tibb universiteti ən gözəl seçim ola bilər. 

Bu gün tibb bacılarının milli və qlobal səhiyyədə rolu səhiyyə xidmətinin bütün sahələrdə yüksək səviyyədə tədbiq edilməsi, yoluxucu və qeyri-infeksion xəstəliklərlə mübarizə, fövqəladə hallarda tibbi köməyin təşkili və həyata keçirilməsi, insanların tələbatlarına uyğun kompleks xidmətin yerinə yetirilməsidir.

Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası 2020 ili Tibb bacısı və mamaların Beynəlxalq ili  elan etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış «Tibb bacısı işinin dünyada vəziyyəti, 2020 il» məruzəsində qeyd olunmuşdur ki, səhiyyənin hal-hazırki  vəziyyəti həm tibb bacısı işçilərinin sayının, həm də onların vəzifə və funksiyalarının əhatə dairəsinin genişlənməsini tələb edir.

50 ildən artıqdır ki  Şimali Amerika, Avropa ölkələrində, Avstraliya və Yaponiyada alı təhsilli (bakalavr) tibb bacılarının hazırlanması uğurla tətbiq olunur. ÜST ekspert komitəsinin tövsiyələrinə uyğun olaraq, ali təhsilli tibb bacıları bu ixtisasda fəaliyyət göstərənlərin ümumi sayının ən azı 10%-ni təşkil etməlidir.

Bütün bunlar müasir dövrün tələblərindən irəli gəlir. XXI əsrin tibb bacısı öz peşə vəzifələrini yerinə yetirməyə hazır olmaqla yanaşı, tibbdə innovativ dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyətinə malik olmalıdır, qrup lideri kimi fəaliyyət göstərməyi bacarmalıdır. Tibbi komandanın koordinatoru olaraq tibb bacısı, hər bir xəstənın ehtiyaclarını dəqiq qiymətləndirmək, fərdi baxım planını qurmaq, bütün komanda üzvlərinın arasında aydın ünsiyyəti təmin etməyi bacarmalıdır. Bundan əlavə, elmin sürətlə inkişaf etdiyi dövrdə tibb bacısı tədqiqat aparmaq, bu tədqiqatların nəticələrini əsasandırmaq və cəmiyyətə təqdim etmək qabiliyyətinə malik olmalıdır. Bunu da yaddan çıxarmaq olmaz ki, tibb bacısı təhsilinin əsas şüari: “Tibb bacısını tibb bacısı öyrətməlidir!” olduğunda, pedaqoji bacarıqları olan ali təhsilli tibb bacılarına ehtiyac qat-qat çoxalır.

Azərbaycanda da ali təhsilli tibb bacısı (bakalavriat) ixtisasının yaranması qlobal tendensiyalara reaksiya idi. Təcrübə göstərdiyi kimi, ali təhsil tibb bacısının işinin keyfiyyətinə təsir edir və tibb bacısının yeniliklərə tez uyğunlaşması və yeniliklərdən məharətlə istifadə etməsi üçün zəruridir. Bir çox ölkələrdəki kimi, Azərbaycanda da tibb bacısı üzrə bakalavriatın yaradılması, Bolonya sisteminə uyğun olaraq məzunlara magistr və doktorantura pillərində təhsilin davamlılığını təmin etməkdə geniş imkanlar verən amillərdən olacaq.

Azərbaycan Tibb Univesitetinin nəzdində “Tibb bacısı işi” ixtisası üzrə təhsil 2020 –ci ildən AR Təhsil Nazirliyinin 28.08.2020 il tarixli T386 №-li qərarına əsasən həyata keçirilir. Bu qısa dövr ərzində tibb bacısı ixtisasının tədrisi üçün ATU-nun rəhbərliyi tərəfindən əhəmiyyətli işlər görülüb: Türkiyənın Gazi və EGE universitetlərinin bu sahədə tədris ilə məşğul olan mütəxəssisləri ilə sıx əlaqələr yaradılıb, proqramların təkmilləşdirilməsi üzrə treninqlər təşkil edilib, ÜST və digər beynəlxalq qurumlarla daima əməkdaşlıq həyata keçirilir. Mübadilə proqramı çərçivəsində tibb bacısı ixtisasında təhsil alan tələbəmiz, Rəna Cumayeva, Türkiyənin Gazi Universitetində bir semestr ərzində təhsil alıb və müvəffəqiyyətli nəticələr nümayiş edib.

Tibb bacısı ixtisasında çalışanları və bu peşəyə həyatını həsr etməyə hazırlaşan tələbələri 12 may Tibb bacısı günü münasibətilə təbrik edirik. İnanırıq ki, ATU məzunlarının arasında ölkəmizdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə, əhalinin sağlamlığının yaxşılaşdırılmasına öz töhfəsini verən və beynəlxalq səviyyədə Azərbaycanın adını yüksəldən mütəxəssislər olacaq.