ATU əməkdaşlarının elmi məqalələri dünyanın nüfuzlu tibb jurnalları və elmi toplularında vaxtaşırı nəşr olunur.
Buna misal kimi, Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və ETM-in Elektron mikroskopiya şöbəsinin baş elmi işçisi, dosent Fuad Rzayevin yay tətili dövründə universitetdə və digər müəssisələrlə birgə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinin nüfuzlu və yüksək impakt faktorlu jurnallarda (Journal of Materials Chemistry B – impact factor 7; Ecotoxicology and Environmental Safety – impact factor 6.8; Biogerontology – impact factor 4.5; Journal of King Saud University – Science – impact factor 3.829; Biosystems Diversity (Web of Science); Egyptian Journal of Veterinary Sciences (Web of Science, Scopus) dərc edilməsini göstərə bilərik.
Məqalələr elmin müxtəlif sahələrini əhatə etməklə, ilk dəfə olaraq makroheterotsiklin maddəsinin sintezinə, onun maqnit nanohissəcikləri ilə nanostrukturlaşdırılmasına və alınan ansamblın bioloji aktivliyinin tədqiqinə; maqnetit xüsusiyyətə malik nanohissəciklərin aqvakultura şəraitində yetişdirilən çəki balıqlarına in vivo şəraitində təsir edilməklə balıqların bağırsaqlarında onların bioakkumulyasiyası, yaranan patomorfoloji dəyişikliklərin işıq və elektron mikroskopik tədqiqinə; erkək və dişi siçovullarda qocalığın beynin ultrastrukturuna diferensial təsirinə; Mangifera indica bitkisinin toxumlarının fitokimyəvi, antibakterial və antibiotəbəqə effektivliyinin müəyyən edilməsinə, parazit helmintlərin (Heterakis dispar) cinsiyyət orqanlarının ultrastrukturunun tədqiqinə; Paradilepis scolicina lentşəkilli qurda ZnO nanohissəciklərinin tətbiq edilməsi və onların antihelmint xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunub.