Tibbi Təhsil üzrə Dünya Federasiyasının prezidenti ATU rektorunun qonağı olub

Tibbi Təhsil üzrə Dünya Federasiyasının prezidenti professor Rikardo Leon-Borkyez Azərbaycan Tibb Universitetinin rektoru, professoru Gəray Gəraybəylinin qonağı olub.

Görüş zamanı ilk dəfə olaraq Azərbaycanda keçirilən Tibbi Təhsil üzrə Beynəlxalq Konfransla(ICME) əlaqədar fikir mübadiləsi aparılıb. Qonaq bu mühüm toplantının Bakıda yüksək səviyyəli təşkili ilə bağlı məmnunluğunu ifadə edib.  ICME konfransının tibb təhsili sahəsində dünya miqyaslı mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etdiyini bildirən professor Rikardo Leon-Borkyez paytaxt Bakının gözəlliyinə dair fikirlərini bildirib.

ATU rektoru professor Gəray Gəraybəyli tədbirə hazırlıq işləri, dəvət olunan qonaqlar, müzakirə ediləcək mövzuların aktuallığı və s məsələlər barədə fikirlərini açıqlayıb. G.Gəraybəyli həmçinin universitetdə son illərdə aparılan islahatlar, tədris sistemində tətbiq edilən dəyişikliklər barədə məlumat verib. ATU-nun üç ixtisasının beynəlxalq akkreditasiyadan keçdiyini, bunun ölkəmizdə tibb təhsilinin keyfiyyətinin artırılması, həm də ATU-nun nüfuzunun dünya üzrə yüksəlməsi baxımından olduqca  əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq perspektivlər müzakirə olunub.