ATU-nun Tədris Cərrahiyyə Klinikasında əsasən rezidentlər və gənc həkimlər üçün nəzərdə tutulan uroloji seminar keçirilib. Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov gənc həkimlərin elmi və praktiki fəaliyyətinə universitet rəhbərliyinin həmişə xüsusi diqqət göstərdiyini bildirib.
O, elmi diskussiyaların əhəmiyyətini vurğulayaraq, Azərbaycan Endouroloji Cəmiyyətinin (AEC) təşəbbüsü ilə “Nefrolitiazın müalicəsində müasir endoskopik müalicə üsulları” mövzusu müzakirəyə çıxarılan seminarın işinə uğurlar arzulayıb.
Seminarda çıxış edən Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev ilk növbədə Azərbaycan Endouroloji Cəmiyyətini yaratmaq təşəbbüsündən söz açıb və uzun bir yol keçərək bu ideyanı reallaşdırdıqlarını vurğulayıb. Bildirib ki, əsas hədəfimiz bizdən əvvəl fəaliyyət göstərən dərnəklərlə işbirliyi qurmaq, ayda bir-iki dəfə kurslar təşkil etmək və gələcəkdə Azərbaycan Tibb Universitetinin bazasında qonşu ölkələrdən gələn gənc həkimlərin də tədris ala biləcəyi müasir endouroloji treninq mərkəzi yaratmaqdır. Eyni zamanda, AEC idarə heyəti haqqında tədbir iştirakçılarına məlumat verən professor R.Nağıyev, universitetimizin və digər qurumların rezidentlərinin müxtəlif ölkələrin klinikalarına qısamüddətli kurslara göndərilməsinin də nəzərdə tutulduğunu deyib. Həmçinin uroloji dərnəyin xətti ilə keçirilən bugünkü ilk seminarda Azərbaycanda uzun illərdir aktual problemlərdən biri olan böyrək daşı xəstəliyinin müasir üsullarla müalicəsinə dair maraqlı müzakirələrin aparılacağına inandığını söyləyib və rezidentləri diskussiyalarda fəal iştirak etməyə çağırıb.
Seminarın gedişində üç məruzə dinlənilib. Nefrolitiazın müalicəsində Petroqrad intrarenalcərrahiyyə
Tibb üzrə fəlsəfə doktoru Elçin Mustafayevin məruzəsində isə böyrək daşı cərrahiyyəsində minimal invaziv cərrahiyyə olan perkutan nefrolitotomiya üsulundan bəhs edilib. Qeyd olunub ki, bu əməliyyat zamanı daşları böyrəkdən daha rahat tapıb çıxarmaq mümkündür.
Böyrəyin yuxarı seqmentində yerləşmiş mürəkkəb lokalizasiyalı daşların perkutan dəliklə xaric olunması zamanı gözlənilən risklərə toxunan dosent Rəşad Məmmədov bu risklərin minimallaşdırılması üçün görülən tədbirlərdən danışıb.
Bundan sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Geniş diskussiya şəraitində keçən seminarda urologiya üzrə ölkəmizin aparıcı mütəxəssisləri olan professorlar Fuad Quliyev, Rəşad Şolan və İlham Əhmədov da iştirak ediblər.