Yekun attestasiya üzrə imtahanın test mərhələsi 23 noyabr 2023-cü il saat 11:00-da ATU-nun İmtahan Mərkəzində (VTM), praktik komponent mərhələsi isə 28 noyabr 2023-cü il tarixində saat 10:00-da ATU-nun uyğun kafedralarında keçiriləcəkdir.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Yekun attestasiyanın test mərhələsində rezident 3 saat ərzində 45 test sualına cavab verməlidir. 45-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndirilir və səhv cavablar və ya sualın cavabsız qoyulması 0(sıfır) bala bərabər tutulur. 5 sayda açıq tipli testlərin isə hər biri 2 (iki) balla qiymətləndirilir və açıq sualların çoxcavablı tipində səhv cavablar düz cavablara təsir göstərir. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
İxtisaslar |
Yekun attestasiyanın praktik mərhələsi üzrə Imtahanın keçiriləcəyi yer
|
Ümumi cərrahiyyə |
23.11.2023 saat 11:00-da |
Onkologiya |
|
Uşaq cərrahiyyəsi |
|
Plastik cərrahiyyə |
|
Üz-çənə cərrahiyyəsi |
|
Neyrocərrahiyyə |
|
Urologiya |
|
Travmatologiya-ortopediya |
|
Mamalıq-ginekologiya |
|
Oftalmologiya
|
|
Daxili xəstəliklər
|
|
Kardiologiya |
|
Dermatovenerologiya
|
|
Endokrinologiya
|
|
Revmatologiya |
23.11.2023 saat 11:00-da |
Nefrologiya |
|
Hematologiya |
|
Qastroenterologiya |
|
Otorinolarinqologiya
|
|
Yoluxucu xəstəliklər
|
|
Şüa diaqnostikası
|
|
Nevrologiya
|
23.11.2023 saat 13:00-da |
Pediatriya
|
|
Anesteziologiya-Reanimatologiya |
|
Allerqologiya və İmmunologiya |
|
Fizioterapiya və tibbi bərpa |
|
Sosial gigiyena və səhiyyənin təşkili |
|
Patoloji anatomiya-məhkəmə tibbi ekspertiza |
|
Paradontologiya, Ortodontiya, Ortopedik stomatologiya |
|
Ftiziatriya
|
|
Tibbi mikrobiologiya
|
|
Laboratoriya işi
|
|
Psixiatriya |
|
Uşaq və yeniyetmə psixiatriyası |
|
Narkologiya |
|
Epidemiologiya |
|
Ailə təbabəti |
Yekun attestasiyasının praktiki komponent mərhələsi Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
İxtisaslar |
Yekun attestasiyanın praktik mərhələsi üzrə Imtahanın keçiriləcəyi yer
|
Ümumi cərrahiyyə |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XIII mərtəbə |
Onkologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Onkologiya Klinikası |
Uşaq cərrahiyyəsi |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IV mərtəbə |
Plastik cərrahiyyə |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
Neyrocərrahiyyə |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə |
Urologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə |
Travmatologiya-ortopediya |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə |
Mamalıq-ginekologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XIII mərtəbə |
Üz-çənə cərrahiyyəsi |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
Oftalmologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IV mərtəbə |
Daxili xəstəliklər
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə, 203-сü otaq |
Kardiologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə |
Dermatovenerologiya
|
Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrası(Dəri-Zöhrəvi dispanserin nəzdində) |
Endokrinologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə |
Şüa diaqnostikası
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə. |
Revmatologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 11-ci mərtəbə |
Nefrologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
Hematologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 13-cü mərtəbə |
Qastroenterologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 11-ci mərtəbə |
Otorinolarinqologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
Nevrologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə |
Yoluxucu xəstəliklər
|
Azərbaycan Tibb Universitetinin 1№-li tədris korpusu (Latın korpusu), II mərtəbə |
Pediatriya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə |
Anesteziologiya-Reanimatologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
Allerqologiya və İmmunologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 1-ci mərtəbə, 104-cü otaq |
Fizioterapiya və tibbi bərpa |
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, 7-ci mərtəbə |
Sosial gigiyena və səhiyyənin təşkili |
Azərbaycan Tibb Universitetinin 5 saylı tədris korpusu (əsas bina), İctimai sağlamlıq və səhiyyəni təşkili kafedrası |
Patoloji anatomiya-məhkəmə tibbi ekspertiza |
Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrası |
Paradontologiya, Ortodontiya, Ortopedik stomatologiya |
Azərbaycan Tibb Universitetinin Tədris Stomatologiya Klinikası |
Ftiziatriya
|
Azərbaycan Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrası |
Tibbi mikrobiologiya
|
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə |
Laboratoriya işi
|
Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrası, 4 nömrəli tədris binası, IV mərtəbə |
Psixiatriya |
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası |
Uşaq və yeniyetmə psixiatriyası |
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası |
Narkologiya |
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası |
Epidemiologiya |
Azərbaycan Tibb Universitetinin 5 saylı tədris korpusu(əsas bina) , Epidemiologiya kafedrası |
Ailə təbabəti |
Bakı şəhəri, 3 saylı şəhər poliklinikası, 3-cü mərtəbə
|
Rezidentura və magistratura şöbəsi
012 597 44 83