ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib. Tədbirə moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov bu günkü mövzunun podaqra xəstəliyinə həsr olunduğunu bildirib və məruzəçini təqdim edib.
Sonra III Daxili xəstəliklər kafedrasının “Revmotologiya” ixtisası üzrə təhsil alan 4-cü kurs rezidenti Səltənət Səmədova günümüzdə aktual problem olan podaqra xəstəliyi haqda çıxış edib. O, xəstəliyin yaranması, klinikası, patofiziologiyası, diaqnostika üsulları və müalicəsi barədə ətraflı məlumat verib. Bildirib ki, podaqra - hiperurkemiyanəticəsində əmələ gələn bir xəstəlikdir: “Bu zaman ən çox hallarda ayağın MTF oynağı zədələndiyindənkristallar oynağa çökür və kəskin ağrı, qızartı, şişkinlik baş verir. Bu xəstəlik kişilərdə 40-50 yaşda, qadınlarda isə menopauza dövründə baş verir. Podaqra kəskin podagrik artrit, tofuslar, podagriknefropatiya, urolitiaz, qanda dəyişikliklərlənəticələnir. Bu xəstəliyin əlamətləri EÇS yüksəlməsi, leykositoz, trombositoz, Urat turşunun artması > 6,8 mg/dl ilə özünü göstərir. Diaqnostikası rentgen vasitəsilə aparılaraq, oynaqətrafı yumşaq toxumaların ödəmi, tofus, sümük eroziyası, USM, ikili kontur ilə müəyyən edilir. Müalicəsinə gəldikdə isə QSİƏP, kolxisin, antihiperurikemik və allopurınoldan istifadə olunur”.
S.Səmədova qeyd edib ki, metobolik xəstəliklərdən biri sayılan bu xəstəlik erkən aşkarlanıb düzgün diaqnoz qoyularsa və vaxtında müalicəsi aparılarsa, nəticəsi də müsbət olar.
Məruzə ətrafında çıxış edən rezidentin rəhbəri, III Daxili xəstəliklər kafedrasının professoru Fərhad Talıbov podaqra xəstəliyini yaradan səbəblərdən, müasir dövrdə onun müalicəsinin aparılmasından və əldə etdiyi təcrübədən bəhs edərək məruzəçinin apardiğı elmi araşdırmalar barədə məlumat verib.
Tədbirdə Tədris Terapevtik Klinikanın Baş həkimi Fəridə Hacıyeva, klinikanın həkimi Arzu Bağırova, rezidentlər və tələbələr iştirak ediblər.