Dünən Yunus Əmrə İnstitutunun və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə seminar keçirilib. ATU-nun tələbələri üçün nəzərdə tutulan seminarı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov açıb. O, çıxışı zamanı ATU ilə Yunus Əmrə İnstitutu arasında 5 ilə yaxındır ki, geniş əlaqələrin mövcud olduğunu bildirib:” İnstitutun rəhbərliyinin təşəbbüsü ilə universitetimizdə bir sıra tədbirlər keçirilib. Bugünkü tədbiri də ənənəvi olaraq keçirilən tədbirlərdən biri hesab etmək olar. Bu gün adıçıkilən institutun Bakı təmsilçiliyinin başqanı, professor Selçuk Karakılıç və kardioloji uzman, professor Özlem Arıcan qonağımızdır. Tədbirimizin əsas məqsədi Özlem xanımın “Doktormu, həkimmi?” mövzusunda dəyərli fikirlərini dinləməkdir”.
Professor Özlem Arıcan özünün keçdiyi həyat yolundan danışıb, hansı çətinliklərlə öz sahəsinin uzmanına necə çevrilməsi və o cümlədən əsl həkim olmağın şərtləri ilə bağlı tədbir iştirakçılarına maraqlı açıqlamalar verib. Bildirib ki, əsl həkimin işi yalnız xəstəni müayinə edib, onun sağalması üçün resep yazmaqla bitmir:” Həkim hər şeydən öncə öz münasibət və davranışları ilə xəstədə xoş təəssürat yaratmalı, etdiyi müalicə ilə onu sağaldacağına inandırmalıdır. Yəni daim təbəssümü üzündək əksik olmamalı, özünə güvənməli, xəstədə inam yaratmalı, pasiyentə xəstəliyi ilə bağlı aparacağı mübarizədə söz və davranışları ilə yaxından yardımçı olacağını ifadə etməlidir. Belə olarsa, o zaman xəstədə də özünün sağalacağına bir ümid işığı yanar, həkimin göstərdiyi müalicələr tez bir zamanda təsirini göstərər”.
Ö.Arıcan 60, 70 yaşdan sonra insanlarda təzyiqlərinin oynadığına rast gəlindiyini, keçmişini yada salıb, buraxdığı səhvlərlə bağlı iztirablar çəkdiyini və bundan dolayı qəlb krizi keçirdiklərini də diqqətə çatdırıb. Bildirib ki, əksər hallarda belə xəstələr kardiolaqlara deyil, pisxoloqlara müraciət edir, aldıqları müalicənin nəticəsini görmürlər. Bu cür xəstələrin kardioloqların müalicəsinə ehtiyacı olduğunu qeyd edib: “Həkimlər həm də öz bədən göürünüşlərinə, çəkilərinə, təmizliklərinə də fikir verməlidir. Çünki xəstələr həkimləri təkcə bir həkim kimi deyil, hərtərəfli nümunəvi şəxs kimi görməlidir ki, canını etibar etdiyi şəxslə bağlı onda yanlış təsəvvürlər yaranmasın.
Türkiyəli professor çıxışının sonunda gələcəyin həkimlərinə daima axtarışda olmalarını, yeni texnologiyaların imkanlarından hər zaman yararlanmalarını, öz bilik və təcrübələrini daim artırmalarını da tövsiyə edib. Çıxış onu dinləyənlər tərəfindən maraqla qarşılanıb.