Vestminster Universiteti 2012-ci ilin qalibidir
Vestminster Universiteti 2012-ci ilin qalibidir Böyük Britaniyanın Vestminster Universiteti Tempus İnnovasiya proqramı çərçivəsində Tibbi Molekulyar Biologiya üzrə Cənubi Qafqaz Universitetləri ilə birlikdə beynəlxalq əməkdaşlığa görə nüfuzlu “TIMES HIGHER EDUCATION” mükafatına layiq görülmüşdür. Mükafat 29 noyabr 2012 -ci ildə Londonun Grosvenor Haus Otelində rəsmi mərasimdə təqdim edilmişdir. Bu proqram tibbi molekulyar biologiya üzrə Vestminster Universitetində yaranmışdır və bu sahədə ilk beynəlxalq müştərək pilot layihədir. Layihədə 6 Qafqaz və dörd Avropa universitetləri iştirak edir. Avropa İttifaqı tərəfindən TEMPUS proqramı çərçivəsində maliyyəşdirilir. Layihədə innovasiya və ənənəvi üsullar birlikdə təhsil sisteminə tətbiq olunur. Əməkdaşlığın məqsədi tibbi molekulyar biologiyanın tədris və tədqiqat işləri üzrə bilik mübadiləsidir. Yeni layihə bir regional proyekt kimi Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir. Layihə çərçivəsində Vestminster Universiteti ilə aparıcı Cənubi Qafqaz universitetləri partnyor əlaqələri daha da gücləndirir. Vestminster Universitetinin Təbii Elmlər Fa-kültəsinin dekanı, professor J.Lyuis demişdir: “Mən çox şadam ki, bizim rəhbərlik etdiyimiz mürəkkəb layihə qalib gəlmişdir. Hal-hazırda Vestminster Universiteti ən yaxın illərdə biz tərəf-müqabillərimiz ilə sıx əməkdaşlığa, yeni tələbələrin iştirakina və yeni proyektlərin yaranmasına ümid edirik.” Layihə iştirakçiları aşağıdakı partnyor ali təhsil ocaqlarıdır: Vestminster Universitet ( Böyük Britaniya), L’Akvilla Universiteti (İtaliya), Brest Universiteti (Fransa), Tbilisi Dövlət Universiteti (Gürcüstan), Kutaisi Dövlət Universiteti (Gürcüstan), Azərbaycan Tibb Universiteti (Azərbaycan), Bakı Dövlət Universiteti (Azərbaycan), Yerevan Tibb Universiteti (Ermənistan) və Yerevan Dövlət Universiteti (Ermənistan). ATU-da layihəyə rəhbərlik edən İmmunologiya kursunun rəhbəri professor G.Nəsrullayeva olmuşdur. Professor Lyuis əlavə etmişdir ki, Cənubi Qafqazda nəzərdə tutulan proyektlərdə institutlar ilə əlaqələrin möhkəmləndirilməsi, elektron təhsil, virtual laboratoriyaların istifadəsi və elmi tədqiqatlar üzrə əməkdaşlıq əldə olunacaq. Vestminster Universitetində 150 ölkədən 20 000-dən artıq tələbə təhsil alır. Gələcəkdə islahatların aparılması, müxtəlif sahələrdə elmi-tədqiqat layihələrinin və yeni istiqamətlərin universitet tərəfindən maliyyəşdiririlməsi nəzərdə tutulur. Universitetin tələbələri yüksək peşəkarlığa, beynəlmiləlçiliyə, əmək qabiliyyətinə malikdir. Vestminster Universitetinin ATU ilə müştərək proqramı 2012-ci ilin nüfuzlu “TIMES HIGHER EDUCATION” mükafatına layiq görülmüşdür. Sevindirici haldır ki, bununla bərabər Azərbaycan Tibb Universiteti TEMPUS çərçivəsində üç cari layihədə fəal iştirak edir. Ümüd edirik ki, ATU bundan sonra da beynəlxalq layihələrdə qalib gələcək.