Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin elmi bazasına daha bir dərslik əlavə olundu.
Ortodontiya kafedrasının müdiri, dosent Ramidə Şadlinskayanın müəllifliyi ilə Azərbaycan dilində işıq üzü görən “Ortodontiya: təməl biliklər” adlı dərslik ortodontiya fənninin tədris proqramına uyğun olaraq hazırlanıb. Təqdim olunan dərslikdə ortodontiyanın əsasları, fənnin inkişaf tarixi, üz-çənə nahiyəsinin böyüməsi və inkişafının prinsipləri, ortodontik diaqnostik üsullar (antropometrik, radioloji, funksional, fotometrik, rəqəmsal tədqiqatlar), müxtəlif növ ortodontik cihazlar və onların tətbiqi ətraflı şəkildə təsvir edilib, biomexanikanın əsasları, eləcə də dişlərin yerdəyişməsinin bioloji prinsipləri verilib.
Kitabdan ali tibb təhsili müəssisələrinin stomatologiya fakültəsinin tələbələri ilə yanaşı, rezidentlər və praktik həkimlər də yararlana bilər.