ATU-nun Rezidentura və Magistratura, TCK-nın Klinik-Diaqnostik Laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün "Antimikrobial idarəçilikdə innovativ sistemlər" mövzusunda seminar keçirib.
Seminarda açılış nitqin söyləyən Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Dr Namiq Xəlilovu bildirib ki, klinikanın laboratoriya şöbəsinin xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir. O, günümüzdə artan antibiotik rezistentlik və bununla mübarizənin əhəmiyyətindən danışıb. Emprik müalicədən xəstəyə spesifik müalicəyə keçidin antibiotik rezistentliyi azaltdığını bunun üçün mütləq paralel olaraq nümunə materialının kultivasiyaya göndərilməli olduğunu bildirib.
Seminarda iştirak edən ATU-nun Bioloji kimya kafedrasının müdüri, professor Gülnarə Əzizova Gülnarə laborator diaqnostik metodların əhəmiyyətindən danışıb. O, infeksion xəstəliklərdə dəyişən biokimyəvi göstəricilərdən və bu haqqda apardıqları elmi-tədqiqat işlərindən ətraflı bəhs edib. Suni intelektin müasir laborator təbabətdə əhəmiyyətini vurğlayaraq seminarın işinə uğurlar arzulayıb.
Sonra Klinik-Diaqnostik Laboratoriyasının şöbə müdiri Leyla Həşimova qlobal ictimai sağlamlıq problemi olan antibiotik rezistentlikdən söhbət açıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2021-ci il Qlobal Risklər Hesabatında - yoluxucu xəstəliklər əsas qlobal risklər arasında birinci yeri tutub. O, əlavə edib ki, əgər bunun qarşısı alınmazsa 2050-ci ildə hər il 10 milyondan çox insanın ölümünə səbəb olacağı təxmin edilir.
Sözünə davam edən şöbə müdiri xəstəxanada antibiotik rezistentliklə mübarizədə multidisiplinar yanaşmanı dəstəkləyən "Antimikrobial İdarəçilik Proqramı "nın qurulmasının vacibliyini vurğulayaraq bu proqramda İDSA protokollarına uyğun olaraq mikrobioloqun vəzifələrini izah edib.
Avtomatlaşdırılmış sistemlər antibiotik həssaslıq test nəticələrinin verilməsində fenotip əsaslı "şəhrli oxuma" edərək həm zamanda qənaət edir, həm də doğru MİK (Minimal İnhibibsiya Konsentrasiyası) verir. Doğru zamanda, doğru xəstəyə, doğru dozda təyin olunan antibiotik həyat qurtarır!
Seminarda, ATU-nun TCK-ın həkim-rezidentləri ilə yanaşı, Ə. Əliyev adına Həkimləri Təkminləşdirmə İnstitutunun, Kliniki Tibbi Mərkəzin və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkim- rezidentləri də iştirak ediblər.
Seminarın sonunda mövzu ətrafında geniş diskussiyalar aparılıb. Tədbirdə ənənəvi seminarların yeni tədris ilində də davam etdiriləcəyi bildirilib.